I Andronik Gidos (yun. Ἀνδρόνικος Κομνηνός Γίδος) (XII əsr – 1235, Trabzon) — 2-ci Trabzon imperatoru.[1]
I Andronik | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | 1235 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında məlumat azdır. Trabzon imperatoru I Aleksey Komnenosun adı bilinməyən qızıyla evlənmişdir. İmperator 1222-ci ildə vəfat etdiyi əsnada oğulları azyaşlı olduğu üçün Andronik Gidos onun yerinə taxta çıxdı. Onun səltənətində Rum sultanı Əlaəddin Keyqubadın Trabzona olan hücumlarının qarşısı alınmışdır. Daha sonra Yastıçəmən müharibəsində Anadolu səlcuqlarına qarşı Xarəzmşah Cəlaləddini dəstəkləyən Andronik Gidos 1235-ci ildə vəfat etdi.
I Aleksey Komnenosun qızıyla olan evliliyindən övladı olmamışdır.