I Aleksey (Trabzon imperatoru)

I Aleksey Komnenos (yun. Ἀλέξιος Κομνηνός) (təq. 1182[1], Konstantinopol1 fevral 1222[1], Trabzon) — 1-ci Trabzon imperatoru.[3]

I Aleksey
mart/aprel 1204 – 1 fevral 1222
SonrakıI Andronik
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1182[1]
Doğum yeri
Vəfat tarixi 1 fevral 1222[1]
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Atası Manuel Komnenos (I Andronikin oğlu)
Anası Rusudan Baqrationi (III Qriqorinin qızı)
Həyat yoldaşı
  • güm. (1201–)
Uşaqları

Atası Bizans imperatoru I Andronikin oğlu Manuel Komnenos, anası isə Gürcü çarı III Qriqorinin qızı Rusudan Baqrationidir. Babasının taxtdan endirilərək öldürülməsinin ardından atasının gözlərinə mil çəkildi və çox keçmədən edam olundu. Anası isə onu və kiçik qardaşı Davidi alaraq bacısı olan Gürcü çariçası Tamaranın yanına qaçdı.

1204-cü ilin martında xalasından aldığı hərbi dəstəklə hərəkətə keçən Aleksey Komnenos müqavimətlə qarşılaşmadan Trabzonu ələ keçirdi. Burada öz hakimiyyətini təmin edərək özünü Trabzon imperatoru, kiçik qardaşı Davidi isə ortaq monarx elan etdi. Qara dənizin şimal sahillərindəki şəhər-dövlətlərini də özünə tabe edən Aleksey Komnenos qısa zamanda Rum sultanlığı, GenuyaVenesiyaya aid ticarət koloniyaları ilə yaxın əlaqələr qurdu.

1 fevral 1222-ci ildə Trabzonda vəfat etdi. Öldüyü əsnada oğulları azyaşlı olduğu üçün kürəkəni Andronik Gidos taxta çıxmışdır.

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
  1. 1 2 3 4 https://www.biografiasyvidas.com/biografia/a/alejo_i_comneno.htm.
  2. Lundy D. R. Alexios I Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
  3. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.