Yastı Çəmən müharibəsi, 1230-cu ildə Ərzincan yaxınlarında baş tutmuş olan Rum sultanlığı - Əyyubilər ittifaqı ilə Xarəzmşahlar arasında baş verən müharibə.
Yastı Çəmən müharibəsi | |||
---|---|---|---|
Tarix | 10-12 avqust 1230 | ||
Yeri | Yastı Çəmən düzü, Sivas ilə Ərzincan arası | ||
Nəticəsi | Xarəzmşahların ağır məğlubiyyəti, Əyyubilər-Anadolu Səlcuq Dövlətinin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Xarəzmmşahlar XII əsr boyunca müasir Türkmənistan, Özbəkistan və Əfqanıstan dövlətlərinin torpaqlarında güclü bir qüvvəyə çevrilmiş, İran və Azərbaycanı da təsiri altında saxlamağa nail olmuş bir türk dövləti olmuşdur. etki alanında bulunduran bir Türk devletiydi. 1220-ci ildə Çingiz xan rəhbərliyi altındakı monqol ordusu Xaəzmə və Mərkəzi Asiyaya hücum etmişdilər. Bununla da, dövlət monqol işğalına məruz qalmışdır. Səmərqənd, Buxara, Köhnə Ürgənc kimi iri və strateji əhəmiyyət daşıyan Xarəzmşahlar dövlətinin şəhərlərini ələ keçirən monqollar dövləti rəsmən süquta uğratmışdırlar. Dövlətin rəhbərliyini ələ keçirən Cəlaləddin Məngburni ordusu və tayfası ilə birgə monqollardan Hindistana doğru qaçmağa başlamışdır, lakin Hind çayı sahillərində yenidən qarşılaşan qüvvələr arasında baş verən müharibə nəticəsində, Xarəzmşahlar çox ağır məğlubiyyətə düçar olmuşdurlar. Bu dəfə Cəlaləddin ən yaxın komandirləri ilə birgə Şərqi Anadolu istiqamətində irəliləmişdir. 1229-cu ildə Cəlaləddin Əxlat qalasını mühasirəyə almış və 8 aylıq mühasirədən sonra qalanı ələ keçirərək qarət etmişdir. Bu hadisədən sonra Rum sultanlığı ilə Xarəzmşahlar arasında müharibə qaçınılmaz hala gəlmişdir.
Monqollar həm özünə qarşı zəfər qazanabilmiş və monqolların məğlubedilməz olduğu düşüncəsinə kölgə salan Cəlaləddin Xarəzmşaha qarşı təmkinli davranır, həm də türk dünyasının ən güclü dövləti halına gələn Anadolu Səlcuq Dövlətinə ən güclü dövründə birbaşa hücum etməkdən çəkinirdilər. Üstəlik bu iki türk dövləti yaxşı əlaqələr içərisinə girmişdilər və ola biləcək bir monqol hücumuna qarşı ittifaq etmələri qaçınılmaz idi.
Monqol hökmdarı Çingiz Xan, Anadolu Səlcuq dövləti ilə Xarəzmşahlar arasındakı ola biləcək ittifaqa qarşı aralarında ixtilaf meydana gətirmək məqsədiylə əsgərlərinə Xarəzm əsgərlərinin paltarlarını geydirərək Səlcuq şəhərlərini zəbt və talan hərəkətlərinə girişdi. Çingiz Xanın bu hücumu nəticə verdi və Anadolu Səlcuq Sultanı Ələddin Keyqubad bu hücumda Cəlaləddini günahkar bildi. Cəlaləddin, Ələddin Keyqubada, bu hücumların özü tərəfindən həyata keçirilmədiyini bildirən məktublar göndərsə də, Sultan Keyqubad, Cəlaləddinin sözünə etibar etməyərək hücumların məsuliyyətini onlarda görürdü. Monqolların girişdikləri bu hiylə işə yaramış, Anadolu səlcuqluları ilə Xarəzmşahlar arasındakı münasibətlər pisləşmişdi.
Bu düşmənçilik, Əxlat qalası məsələsi ilə daha da dərinləşərək Yastı Çəmən Döyüşünün təməl səbəblərini meydana gətirməyə başladı (1227). Anadolu Səlcuqlarının köhnə Əhlat qubernatoru Hacib Əli, Xarəzmşahların ələ keçirdiyi Əhlət qalasını geri almaq üçün hərəkətə keçib qalanı təkrar geri aldı. Xarəzmşah hökmdarı Cəlaləddin, bunun üzərinə qalanı geri almaq üçün Əhlət Qalasını mühasirəyə aldı. Səlcuqlu Hökmdarı Keyqubad ilə yaxşı əlaqələr qurmuş olan Hacib Əli, Xarəzm Hökmdarı Cəlaləddinin mühasirəni qaldırmasını istədiyini tələb etdi. Sultan Keyqubad, Hacib Əlinin tələbinə görə Xarəzm Hökmdarı Cəlaləddindən mühasirəni qaldırmasını istədi. Xarəzm hökmdarı Cəlaləddin, qalanın onsuz da özünün olduğunu, Hacib Əlinin qalanı geri verməsinin lazım olduğunu bildirsə də, Sultan Keyqubad, Cəlaləddin Xarəzmin tələblərini önəmli bilməyib Əhlət qalasının mühasirəsini qeydsiz-şərtsiz qaldırmasını əmr edən bir üslubda tələb göndərincə Yastı Çəmən döyüşünə səbəb olan vəziyyət pik mərhələyə çatdı. Ələddin Keyqubad ilə Xarəzmşah hökmdarı Cəlaləddin arasında getdikcə artan düşmənçilik, Əhlət qalası məsələsi ilə təhdid ehtiva edən məktublaşmalarla özünün pik mərhələsinə çatmışdı.
Bundan sonra Sultan Keyqubad, ordusunun başına keçərək düşmən halına gələn Xarəzmşah təhdidini ortadan qaldırmaq məqsədiylə Ərzincan üzərinə səfərə çıxdı. Səlcuq hücumuna hazırlıqlı olan Cəlaləddin, Səlcuq ordusunu Ərzincan yaxınlığındakı Yastı Çəmən düzənliyində qarşıladı. Xarəzmşahların, hər nə qədər güclü bir dövlətçilik keçmişləri olsa da, Monqol istilalarıyla olduqca zəifləmişdilər. Üstəlik Türk və müsəlman olan Xarəzmşahlar dövlətinin ordusu, özləri kimi Türk və müsəlman olan Anadolu səlcuqları ilə döyüşməkdən qaçırdılar. Anadolu Səlcuqlu Dövləti isə ən parlaq dövrünü yaşayırdı və Anadolunun böyük hissəsinə hakim vəziyyətdə idi. 1230 -ci ildə meydana gələn Yastı Çəmən döyüşü sonunda ağır bir məğlubiyyətə uğrayan Xarəzmşah hökmdarı Cəlaləddin Xarəzm, döyüşün sonundakı ağır məğlubiyyətə görə, həm düşmənlərindən, həm də öz əsgərlərindən qaçmaq məcburiyyətində qaldı. Özünə bağlı bir neçə əsgər ala bilən Cəlaləddin, döyüş meydanından qaça bilsə də qaçış yolunda yolunu kəsən atlı oğrular tərəfindən öldürüldü.
Yastı Çəmən Döyüşü nəticəsində Xarəzmşahlar dövləti tamamilə yıxılmış və Anadolu Səlcuqlu Dövləti sərhədlərini Əhlət, Bitlis, Van, Malazgirt və Tiflisə qədər genişləndirmişdir, ancaq Xarəzmşahları Mərkəzi Asiyadan ayırıb Anadoluya sürüyən Monqollar ilə qarşı-qarşıya gəlmələrinə səbəb olmuşdu. Xarəzmşahlar ortadan qalxmasıyla nəticələnən Yastı Çəmən Müharibəsindən 13 il sonra, yəni 1243-cü ildə reallaşan Kösedağ döyüşü ilə Monqollar Anadoluya girərək Anadolu Səlcuqlu Dövlətinin dağılma dövrünə girməsinə səbəb olmuşdurlar. Səlcuqlular-Xarəzmşahlar münasibətlərinin bəlkə də ən diqqətəlayiq tərəfi Monqol hökmdarı Çingiz xanın beşinci kolon fəaliyyətləri ilə iki Türk və Müsəlman dövlət arasına nifaq yaratmasıdır. Çünki Monqol İstilalarıyla Mərkəzi Asiyadan sürülən Xarəzmşahlar Dövlətinin dövlət adamları və əsilzadələri, əslində Anadolu Səlcuqlu Dövlətinin himayəsi altına girmək üçün Anadoluya hərəkət etmişdilər. Anadolu Səlcuqlu Dövləti ilə Xarəzmşahlar Dövlətinin müttəfiqliyi, bəlkə də monqol istilalarının Anadoluya irəliləməsinə mane olacaq, Türk tarixi və dünya tarixinin bölgədəki təzahürünə əhəmiyyətli təsirlərdə olacaqdı. Monqolların bu iki Türk dövləti arasına soxduğu düşmənçilik, monqol istilalarının Anadoluya uzanmasını təmin edən əhəmiyyətli bir faktor olaraq diqqət çəkməkdədir.