I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.[1][2].
"I Can Lose My Heart Tonight" | ||||
---|---|---|---|---|
C. C. Catch tərəfindən Catch the Catch (1986) albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 7.31.1985 | |||
Format | sinql | |||
Janr | Sinti pop | |||
Dil | ingilis dili | |||
Müddət |
3:50 (radio versiya) 3:53 (instrumental versiya) |
|||
Prodüser | Diter Bolen | |||
Bəstəkar | Diter Bolen | |||
Sözlərin müəllifi | Diter Bolen | |||
Leybl | Hansa | |||
Studiya |
Hansa Records Ariola Records BMG |
|||
C. C. Catch sinqllarının xronologiyası | ||||
|
"I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir. C. C. Catch ilk mahnısını 1980-cı illərdə müxtəlif konsertlərdə böyük populyarlıqla ifa etmişdi.[3]
1999-cu ilin 11 yanvar ayında C. C. Catch yenidən musiqi səhnəsinə qayıdaraq "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda məşhurlaşmışdı. Mahnının yeni versiyası 1999-ci ilin Yanvar ayında yazılmışdır. "I Can Lose My Heart Tonight '99" mahnısının klipi ilk dəfə Diter Bolen tərəfindən 1999-cu ildə çıxarılmışdır. Mahnı ilk mahnının Remiks formasıdır. Ukrayna hit-paradında 5-ci mövqe tutmuşdur. C. C. Catch artıq konsertlərdə bu mahnı ilə çıxış etməyə başlayır.
Pozisiya (1985) | Yüksəldiyi yer |
---|---|
Austrian Singles Chart | 24 |
German Singles Chart | 13 |
Spanish Singles Chart | 7 |
Swiss Singles Chart | 19 |
Yuqoslaviya | 19 |
Estoniya | 19 |
Çexiya | 7 |
Dutch Top 40 | 19 |
Honkonq | 19 |
Pozisiya (1999) | Yüksəldiyi yer |
German Singles Chart | 72 |
Spanish Singles Chart | 12 |
Çexiya | 12 |
Macarıstan | 18 |
Dutch Top 40 | 2 |
Ukrayna | 5 |