I Dünya müharibəsində Asiya və Sakit okean cəbhələri

Asiya və Sakit okean cəbhəsiBirinci Dünya müharibəsi'nin, qansız keçən bir cəbhəsi idi. Cəbhədəki yeganə həqiqi hərbi hərəkat, Yaponiya imperiyası'nın Sindao hücumu idi. Bunun yanında, bugünkü Papua-Yeni Qvineya, Bitə Paya və Tomada da kiçik miqyaslı münaqişələr baş vermişdir. Sakit okeandakı digər Alman bölgələrində hər hansı bir hərəkət müşahidə olunmamışdı.

Birinci Dünya müharibəsində Asiya və Sakit okean cəbhələri
Tarix 3 avqust 1914 - 5 yanvar 1919
Yeri Çin, Qvineya, Marşall adaları
Nəticəsi

Almaniya imperiyası Sakit okeandakı bütün müstəmləkələtini itirdi

Münaqişə tərəfləri

Yaponiya imperiyası
Britaniya İmperiyası
Avstraliya
Yeni Zelandiya
Fransa
Rusiya
Çin Cümhuriyyəti
Amerika
Tailand

Almaniya İmperiyası
Almaniya yeni Qvineya
Alman Samoası [1]

Sindao mühasirəsi

[redaktə | mənbəni redaktə et]

600 Alman və 3400 Çinlidən ibarət qüvvə tərəfindən qorunan Sindao, Almanların bölgədəki ən mühüm bazası idi. Avstriya-Macarıstan İmperiyası'nın əsgərlərinin qoruduğu qala isə Alman donanması və Avstriya-Macarıstan donanmasına aid bir neçə gəmiylə dəstəklənirdi. Yaponlar bölgəyə 50.000 əsgər və altı döyüş gəmisindən ibarət bir qoşun göndərərkən Britaniyalılar müharibəyə 1600 nəfərlik bir dəstək birliyi ilə qatılmışdılar.

Qala 31 oktyabrda bombalanmaya başlandı. Yaponiya İmperiya donanması və quru qoşunları 6 noyabr gecəsi bir hücum həyata keçirdi. Qala, bir gün sonra ələ keçirilərkən Almanların 200, Yapon qüvvələrinin 1455 can itkisi olduğu açıqlanmışdır.

Tailandın müharibəyə qoşulması

[redaktə | mənbəni redaktə et]

Tailand hökuməti, müttəfiqləri Avropadakı son döyüşlərində dəstəkləmək məqsədilə 1284 əsgəri bu cəbhəyə yönəltmişdi. Bu əsgərlərin böyük bir hissəsi AmerikaBritaniyalılarla birlikdə vuruşmuş və ən az 19 əsgəri ölmüşdü. Bunun yanında, Fransız aviasiya məktəblərinə qəbul edilən 95 əsgərin döyüşdə həyata keçirilən hava axınlarında iştirak etməsigüman edilir.

Birinci Dünya müharibəsinə qatılması Tailandın Millətlər Liqasının qurucu üzvlərindən biri kimi tanınmasını təmin etmişdir. Alman, Amerikan, BritaniyalıFransız həmvətənlərin Tailand hökumətinə qarşı sahib olduqları sərhədxarici hüquqlar hökumətin müharibəyə girməkdən yana davranış almasını asanlaşdıran digər bir amildir. Birləşmiş Ştatlar bu hüququndan 1921-ci ildə imtina etmiş, BritaniyaFransa isə bu hüquqları 1925-ci ildə başa vurmuşlar.[2]

Digər hadisələr

[redaktə | mənbəni redaktə et]
Sindaoda Alman cəbhəsi (1914)

Sindaodakı Alman qoşunları dəniz qüvvələri və müstəmləkə hökuməti tərəfindən təmin edilən donanma heyətindən ibarət idi. Birləşmiş Ştatların müharibəyə qoşulmasından dərhal sonra bir Alman döyüş gəmisi Quamda ələ keçirildi və gəminin ekipajı müharibənin ilk əsirləri kimi tarixə keçdi.

Avstraliya donanması Simpson Limanına girərkən, Rabaul, Sentyabr (1914)

Yaponlar, müttəfiq qüvvələri OsmanlıAvstriya-Macarıstan donanmalarına qarşı dəstəkləmək məqsədilə 1917-ci ildə Aralıq dənizinə bir donanma göndərdi. Yapon müxbiri İyun ayında Avstriya-Macarıstan sualtı gəmisi U27 tərəfindən ağır şəkildə yaralandı.

Admiral Qraf Maximilian von Spee tərəfindən qoyulan SMS Emndən müttəfiqlərə məxsus ticarət gəmilərini qarət etdi və bunlardan yarısını batırdı. Kokos müharibəsində HMAS Sydney-in yanında yer alan bu gəmi məhv edilib. Hellmuth von Müke başçılığı ilə bir qrup dənizçi Ərəb yarımadası üzərindən qaçmağı bacarmışdı.

Alman hökuməti, müttəfiqlərlə birlikdə döyüşə girmə tərəfdarı olan Duan Qiruiye qarşı Zhang Xunun hərbi çevriliş təşəbbüsünü dəstəkləməklə ittiham edilmişdir. Almaniya haqqındakı daha ciddi bir iddiaya görə isə hökumət, Çinin on bir il boyunca rəqib hökumətlər tərəfindən idarə edilməsinə maddi dəstək təmin etmişdir.

  • Keegan, John I. Dünya Savaşı (1998) s. 205–206.
  • Falls, Cyril Büyük Savaş (1960) s. 98–99.
  • Мировая война в цифрах. — М.: Военгиз, 1934. — 128 с. — 15 000 экз.
  1. GHR>Ryden, George Herbert. The Foreign Policy of the United States in Relation to Samoa. New York: Octagon Books, 1975. (Reprint by special arrangement with Yale University Press. Originally published at New Haven: Yale University Press, 1928), p. 574; the Tripartite Convention (United States, Germany, Great Britain) was signed at Washington on 2 December 1899 with ratifications exchanged on 16 February 1900
  2. "First World War.com — Seçkin Makaleler — Tayland ve I. Dünya Savaşı". 2013-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.