I Vaxtanq

I Vaxtanq Qorqasali (gürc. ვახტანგ I გორგასალი; 440, Mtsxeta502, Ucarma, Kaxetiya) — Kartliyə (İberiya) 449–502-ci illərdə çarlıq etmişdir. Qorqasali farsca "Qurdbaşlı" demək idi("Qorq"-Canavar,"Sa"-baş). Həmin adı ona iranlılar vermişlər çünki o iranlılarla döyüşdə başına qurd təsviri olan dəbilqə qoyarmış. Ehtimala görə Vaxtanqın dəbilqəsi qızılla örtülmüş poladdan idi.

I Vaxtanq Qorqasali
gürc. ვახტანგ I გორგასალი
Vaxtanqın freskası
Vaxtanqın freskası
İberiya çarı
449 – 502
ƏvvəlkiV Mitridat
SonrakıDaçi
Şəxsi məlumatlar
Doğum adı ვახტანგ
Doğum tarixi 440
Doğum yeri
Vəfat tarixi 502
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası V Mitridat
Anası Daçi
Dini Gürcü Ortodoks Kilsəsi, şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaxtanq Qorqasalinin adı ilə bir çox şəhərlərin və qalaların (Ucarma, Artanuci, Ciremi, Xornacubi qalası və s.) məbəd və kilsələrin ucaldılması bağlıdır. Onların arasında Kartlinin paytaxtının Msxetadan Tbilisiyə köçürülməsi xüsusi qeyd olunmalıdır.

Vaxtanq həmçinin böyük kilsə islahatları keçirmişdir. Onun təşəbbüsü ilə kilsə başçısı Ranq Gürcüstanda baş yepiskopdan katalikosadək yüksəldildi. Bununla da kilsənin tam müstəqilliyinin əsası qoyuldu.O,ölkədən atəşpərəstləri qovdu.

Çar Vaxtanqın İranla qarşıdurması iki dəfə 482–484 və 502 ci illərdə müharibəyə çevrildi. Çar Vaxtanq 502-ci ildə farslarla döyüş zamanı ağır yaralandı və vəfat etdi.

Vaxtanq Qorqasalinin məzarı Tbilisidən 20 km şimal-qərbdə yerləşən tarixi Msxeta şəhərindəki Svetitsxoveli kafedralındadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]