Innocence of Muslims

Müsəlmanların məsumiyyəti (ing. Innocence of Muslims)- əvvəllər "Səhra mübarizləri" (ing. Desert Warriors) ilə "Bin Laden təqsirsizliyi" (ing. Innocence of Bin Laden) adı ilə tanınan, 2012 istehsalı olan İslam əleyhdarı[2] film. Film, İslam peyğəmbəri Məhəmməd haqqındadır. Filmin təqdimat videoları, ərəb dublaj ilə nəşr olundu və 11 sentyabr 2012 tarixində ABŞ-yə diplomatik məqsədlərlə edilən hücumlar əsnasında filmdən bəhs edilmişdir. Bu hücumlardan biri Misirin Qahirə şəhərində Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında edilmiş qarışıqlıq idi. Digər hücumlar Liviyanın Benqazi şəhərində başda ABŞ konsulluğu olmaqla digər ABŞ obyektlərinə edilmişdir. Hücum nəticəsində səfir Kristofer Stivens daxil olmaq üzrə ABŞ diplomatik personalından ən azı dörd nəfər və həmçinin on Liviya təhlükəsizlik zabiti öldürülmüşdür.[3]

Müsəlmanların məsumiyyəti
Innocence of Muslims
İlk baxış tarixi iyul 2012
Müddət 14 dəq.[1]
Ölkə ABŞ ABŞ
Dil İngiliscə
İl 2012
Rəng rəngli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Filmə qarşı etirazların keçirildiyi ölkələrin dünya xəritəsində görünüşü
  Sərt toqquşmalar
  Əsas nümayişlər
  Kiçik etirazlar
  1. Google Ordered to Remove “Innocence of Muslims” Trailer from YouTube by Federal Court (ing.). 2014.
  2. Sam Kiley. "US Anti-Muslim Film 'Designed To Enrage'". Sky News. 12 September 2012. 20 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2012.
  3. "American Killed in Libya Attack". YNetNews. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]