Inter Rail

Interrail bileti

Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti.[1]

Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir.

Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankaraİstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir.

Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır. Avstriya (Lichtenstein daxil olmaqla), Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Finlandiya, Almaniya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Yunanıstan, Macarıstan, Makedoniya Respublikası, İtaliya, Lüksemburq, Monteneqro, Niderland, Norveç , Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə.

Tək ölkə bileti

[redaktə | mənbəni redaktə et]

Yalnız tək ölkəni əhatə edən biletlər də satılır. 1. qiymət intervalında ölkələr ən bahalı, 4. qiymət intervalında olan ölkələr isə biletin ən ucuz olduğu ölkələrdir. Bu bilet satın alan adamın yaşadığı ölkəni əhatə etmir. Tək ölkə bileti Eurail firması tərəfindən satılan Eurodomino biletinin yerinə keçmişdir.

Aprel 2007-ci ildə tətbiqə girən bir başqa tərif də Flexy bilettir. Bu tətbiqlə dəyişik qiymətləndirmələr edilməsi mümkündür. Əvvəl sadalanan Inter Rail biletləri əhatə etdiyi dövrün hamısında etibarlı ikən, flexy biletlər ilə etibarlılıq müddəti ilə istifadə edilmə müddəti fərqli ola bilməkdədir. Məsələn, bir bilet 22 günlük bir sıra əhatə etsə də qatarların istifadə fərqli gün sayı 10-u keçməməlidir. Beləcə cəmi səfər müddəti qısaltılmadan istifadə oluna bilən qatar sayı məhdudlaşdırılmış və qiymət ucuzlaşmışdır.

köhnə Interrail bileti

Köhnə regionlar

[redaktə | mənbəni redaktə et]
  1. Inter Rail Arxivləşdirilib 2020-12-18 at the Wayback Machine, Inter Rail.