I Love Mama (アイラブママ, Ay Rabu Mama?) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu.[1]
I Love Mama | |
---|---|
Baş redaktor | Ayako Yamaşita |
Növ | dəb, həyat tərzi |
Dövrilik | aylıq |
Tiraj | 200 min |
Nəşriyyat | Inforest |
Təsis tarixi | 2008 |
İlk buraxılışı | sentyabr 2008 |
Ölkə | Yaponiya |
Dil | yapon |
ilovemama.jp |
Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı.[2]
"I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar)[2] dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir.[3]
2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur.[4]
"I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu.[5] "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu.[6] Jurnal yarandıqdan sonra Yaponiyada çox böyük populyarlıq əldə etmişdir. İlk üç gündə 150 min nüsxəsi, daha sonra isə əlavə 30 min nüsxəsi satılmışdır.[5] 2009-cu ilin aprelində jurnalın adı "I Love Mama" olmuş və aylıq nəşr olunmağa başlamışdır.[7] 2009-cu ilin oktyabrında tirajı 200 minə çatmışdır.[8]
Inforest nəşriyyatının fəaliyyətinin başa çatmasından sonra "I Love Mama" jurnalı 2014-cü ildə nəşr olunmağı dayandırmışdır.[9]
"I Love Mama" jurnalının modellərinin əsas fərqləndirici xüsusiyyəti uşaqları ilə birlikdə pozalar vermələri idi. Jurnalda görünən uşaqlar "çibiko" adlandırılırdı.[2]
Ekslüsiv modellər "Love-mo", bəzən görünən modellər isə "Love-mama" adlandırılırdı.[10]