Jan-Nikolya Paş

Jan-Nikolya Paş (fr. Jean-Nicolas Pache; 5 may 1746[1], Verden18 noyabr 1823[2], Ten-le-Mute[d]) — Fransa siyasətçisi. O, Fransa inqilabı dövründə yaşamışdır. Bir vaxtlar jirondist, daha sonra isə yakobin olan Paş hərb naziri və Parisin meri kimi xidmət etmişdir. O, yakobin diktaturasının formalaşmasında mühüm rol oynamışdır.

Jan-Nikolya Paş
fr. Jean-Nicolas Pache
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1746(1746-05-05)[1]
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1823(1823-11-18)[2] (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1792-ci ildə Rolanın sağ əli, sonra isə hərb naziri Servanın baş işçisi olmuşdur. Konvensiya ilə həmin ilin sonunda hərb naziri təyin edilən Paş böyük təşkilatçılıq bacarığı nümayiş etdirsə də, hələ hakimiyyətə çatmamış montanyarlara tərəf meylləndiyi üçün tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. O, daha sonra Paris şəhərinin meri seçilmiş və Paris kommunasının ən nüfuzlu simalarından birinə çevrilmişdir. 9 termidordan sonra Paş Qvianaya sürgün edilmiş və oradan ümumi amnistiyadan sonra qayıtmışdır. Paris meriyasının binasında ona heykəl ucaldılmışdır.[3]

  1. 1 2 Jean-Nicolas Pache // SNAC (ing.). 2010.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Паш, Жан-Никола  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]