Jaron Zepel Lanye

Jaron Zepel Lanye (ing. Jaron Zepel Lanier; 3 may 1960[1][2][…], Nyu-York, Nyu-York ştatı[4]) — ABŞ alimi, "virtual reallığın atası", vizual rəssam və klassik musiqinin bəstəkarı.

Jaron Zepel Lanye
ing. Jaron Zepel Lanier
Doğum tarixi 3 may 1960(1960-05-03)[1][2][…] (64 yaş)
Doğum yeri
Elm sahəsi informatika
İş yerləri
jaronlanier.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jaron Zepel Lanye 3 may 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur.

Jaron Zepel Lanye Amerikalı alim, "virtual reallığın atası" adlandırılmışdır. Kompüter aləmi bu anlayışla 1984-cü ildə Lanyenin "Scientific American" jurnalında virtual kompüterlər aləmini öyrənmək üçün nəzərdə tutulmuş Embrace proqramlaşdırma dilinin yaradılması barəsindəki müsahibəsində tanış olmuşdur. O zamandan Lanyenin adı virtual reallıqla sinonim kimi qəbul edilir. O, şəbəkə kommunikasiyaları və hərəkət edən kameranın effektlərinin yaradılması üçün virtual vasitələr yığımı üçün avatarların ilk yaradıcılarındandır. İlk dəfə Lanye real zamanda cərrahiyə əməliyyatları və telecərrahiyyə üçün simulyatorlar yaratmağa başlamış və elmə vizual proqramlaşdırmanı gətirmişdir.

  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
  1. 1 2 Jaron Lanier // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Jaron Lanier // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 http://www.jaronlanier.com/general.html.
  4. 1 2 IMDb (ing.). 1990.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]