Jozef Fuşe

Jozef Fuşe — (fr. Joseph Fouché) Nantlı Fuşe, Otranto Hersoqu, Qraf Fuşe kimi bilinən fransız siyasətçisi 1759-cu il mayın 21-də Nant yaxınlığındakı Le Pellerində anadan olmuş və 26 dekabr 1820-ci ildə Triestdə vəfat etmişdir. O, xüsusilə Fransa Burjua İnqilabı dönəmində, 1793-cü ildə baş vermiş Lyon üsyanını qəddarlıqla yatırtmasıyla tanınır. Bu üsyanı yatırması onun Direktoriya, Konsulluq və İmperiya dövrlərində Polis Naziri kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur.

Jozef Fuşe
Joseph Fouché
Otranto Hersoqu
1799 - 1802 – 1815
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nant
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Triest
Partiya
Fəaliyyəti siyasətçi, diplomat, esseist, vəkil, müəllim
Həyat yoldaşı Bonne-Jeanne Coiquaud
Uşaqları Nievre Fuşe
Jozef Liberte Fuşe
Armand Fuşe
Athanas Fuşe
Jozefina - Ludmila Fuşe
Dini ateizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri (1759 - 1792)

[redaktə | mənbəni redaktə et]

O, ticarət donanması kapitanı olan və Santa-Dominqoda və Marie-Adelaide Croizetdə qaradərili kölələrin işlədiyi plantasiyaları olan Jozef Fuşenin oğludur.[1] Atası 1771-ci il martın 10-da inək sağımından qayıdarkən vəfat etmişdir.[2] Jozef Fuşe öz karyerasını atası kimi qurmaq istəsə də, sağlamlığında problemlər olmasına görə bu arzusunu həyata keçirə bilmir. Nant Oratoriyasının seminariyasına qəbul olur.[3] 1782-ci ildə professor olan Fuşe, 1788-ci ildən etibarən Niort, Saumur, Vendome, Juilly and Arras oratoriyalarında dərs keçməyə başlayır.[4] Arrasda olarkən Rosati Akademiyasında, ədəbiyyat cəmiyyətində və para-mason lojasında Robespyer ilə görüşür.

O, 1789-cu ildə isveçli Kraliça Sofia-Madeleinin azad mason lojasına seçilir və heç vaxt mason düşüncə tərzindən ayrılmır. 1805-1810-cu illərdə o, Melunun "Birləşmiş Vətəndaşlar" (sonralar "Birləşmiş Ürəklər" adlanır) lojasının üzvü və Grand Orient de France-ın Ümumi Böyük Simvolik lojasının "Böyük Şərəf Zabiti""Böyük Konservatoru" olur.[5]

Böyük Fransa İnqilabı başlayan vaxtda o, Nant Orotoriyasında tədqiqat rəhbəri kimi fəaliyyət göstərirdi. 1792-ci ilin sentyabrında Nant şəhərindən Milli Konventə deputat seçildi.

Böyük Fransa İnqilabı (1792 - 1799)

[redaktə | mənbəni redaktə et]

Qərbdə və Mərkəzdə vəzifədə olması

[redaktə | mənbəni redaktə et]

Milli Konventdə Xalq Təhsili Komitəsinin bir üzvü kimi fəaliyyət göstərirdi. Öncələr jirondistlər partiyasının üzvü olan Jozef Fuşe XVI Luisin ölüm qərarı verildikdən sonra dağçıların tərəfinə keçir. Fuşe Qərb və Mərkəz bölgələrə göndərilir. Onun əsas vəzifəsi, inqilabi ruhun böyük təbliğatçısı olmaq, Nantda Milli Təhlükəsizlik Təşkilatını yaratmaq və Vendee üsyançılarına qarşı vuruşmaq üçün könüllülərdən ibarət dəstələr hazırlamaq idi. Nievrenin xristianlıq uzaqlaşdırılması üçün çox böyük fəaliyyət göstərirdi. Mərkəzdə və Burqonda kilsələrin dağıdılması, xaçların qırılması, kilsə xəzinələrinin talan edilməsi, dini kitabların və rahib geyimlərinin yandırılması da bu fəaliyyətə daxildir.[6]

Otranto hersoqu Jozef Fuşe

Barerin təklifi ilə, Jan Mari Kollot Derbua və Montaut Milli Konvent tərəfindən Lion üsyanını yatırmaq üçün Dubua Kransenin yerinə göndərildilər. Fuşe də Lion üsyanının yatırılmasında onlara qoşulmaq istəyirdi. Bu məqsədlə, Fuşe Nievredə olan zaman, 1793-cü il 30 oktyabrda onlara belə müraciət etmişdi:

" Vətənin alqışları sizi Liona çağırır, öz vətənpərvərliyiniz ilə bu üsyankar şəhəri sakitləşdirin. [7] "

Jozef Fuşe Lion üsyanının yatırılmasında iştirak edir və bu üsyanın yatırılmasında göstərdiyi fəaliyyətə görə onu "Lionun silahı" adlandırırlar. O, düşünürdüki insanların Gilyotin vasitəsilə elan edilməsi uzun vaxt aparır buna görə də ən yaxşı edam forması kütləvi edamdır (silahlardan açılan atəşlərlə edam). Fuşe repressiyalarının nəticəsindən 1683 nəfər qətlə yetirildi. 22 noyabrda Milli Konventə Kollot Derbua ilə birgə yazıb göndərdiyi məktubda bildirirdiki:

" Lion şəhərinin yox edilməsi ilə bağlı qərar verəcəyinizə inanmırıq, lakin bugünə qədər bu barədə heç bir fəaliyyətin görülməməsi irəliləməyimizi yavaşladır və respublika səbrsizliyinə gətirib çıxarır. Minanın partlaması və yalnız alovun yandırıcı fəaliyyəti xalqın qüdrətini təmsil edə bilər. Onun iradəsi dayandırılmaz və təsirli olmalıdır. İmza: Fuşe və Kollot Derbua[8] "

Fuşe mandatını yerinə yetirdiyi dövrdə xəzinənin bir hissəsini mənimsəməsi ilə bağlı ittiham olunurdu. Buna görə də dostu Albit tərəfindən belə bir qərar qəbul edilir:

" Xalqın xoşbəxtliyini təmin etmək üçün Kommunaya göndərilən xalq nümayəndələri, tapa bildikləri ən yaxşı şərablardan iki yüz şüşə və həmçinin Bordodan birinci sinif beş yüz şüşə şərabın evlərinə gətirilməsi üçün xüsusi komitənin yaradılması tələb edirlər.[9] "

27 mart 1794-cü ildə Fuşe Parisə geri qayıtdı və 8 apreldə öz məruzəsini İctimai Təhlükəsizlik Komitəsinə göndərdi. Daha sonra o Lyon üsyanının yatırılmasında göstərdiyi şiddətə "Günahkar qanı torpağı gücləndirər və onun gücünə güc qatar" deyə bəraət qazandırırdı.[10]

Özünü yakobinçilər qarşısında müdafiə edir və Robespyerin yoxluğundan istifadə edərək klubun rəhbərliyinə seçilir. Lakin Nevers və Morvanın nümayəndələri onu ittiham etdikdə, o açıq şəkildə yakobinçilərə hücum edir. İyunun 12-də Fuşe yakobinçilərdən ayrılır.

Həyatını xilas etmək üçün böyük bir enerji ilə mübarizə aparan Fuşe, Robespyeri öldürmək üçün qurulan planda aktiv şəkildə fəaliyyət göstərdi və 8-dən 9-na keçən gecə termidorçularla görüşərək onlara ittifaq təklif edəcəkləri halda terrorun bitəcəyi barədə söz verdi.

1795 - ci ildən 1799 - a qədər

[redaktə | mənbəni redaktə et]

1795-ci ildə termidorçulara qarşı müxalif təşkilat yaradan Qrax Babeflə yaxınlaşır. 1795-ci il aprelin birində və mayın 20-də baş verən üsyanlarından sonra Barrasın müdafiəsini təmin edir. Bundan sonra bir müddət işsiz qalır və sağlığı ilə bağlı problemlər yaranır.

Bir müddət sonra Direktoriya tərəfindən Pireney yarımadasının şərqində Fransa-İspaniya sərhədinə gizli polis kimi göndərilir. Qabriel-Julyen Uvrar və Hainguerlot ilə danışıqlar aparır.

1799-cu il iyulun 20-də Polis Naziri təyin edilir.

Konsulluq və İmperatorluq dövründə Polis Naziri

[redaktə | mənbəni redaktə et]
Napoleon Bonapartın Jozef Fuşeyə göndərdiyi məktubda cəsus Andre Laa və onun komandasının fəaliyyəti barədə məruzə etməsi tapşırılırdı.

O, işini çox böyük peşəkarlıqla görürdü. 1799-cu il 9 noyabr tarixində heç bir təhlükəyə məruz qalmadan Napoleon Bonaparta xidmət göstərirdi. Birinci konsul ona güvənməsə də işindən uzaqlaşdırmır və yenilədiyi nazirlik sistemində polis və jandarmanı birləşdirir və idarəsini Fuşeyə tapşırır. İki kral tərəfdarı insan Kanşi markizi və Mauduison qrafı Fuşe tərəfindən yanlışlıqla günahlandırılırlar.

Fuşe 1800-cü ildə Sant-Nicaiz küçəsində olan hücumun Napoleon Bonapartın dediyi kimi yakobinçilər tərəfindən deyil, royalistlər tərəfindən törədildiyini iddia edirdi.[11] Bununla birlikdə o Birinci Konsula, Bonapartın sürgün etdirəcəyi 130 nəfər "sentyabrçı"nın adını verəcəyi barədə söz verir. 1802-ci ildə Fuşe Senatla bərabər Napoleon Bonaparta qarşı manevr etmək barəsində planlar cızır. Onun gücündən narahat olan Bonapart, qardaşlarının və Fuşenin əbədi düşməni Taleyranın təklifləri nəticəsində Fuşenin rəhbərlik etdiyi nazirliyi ləğv etdirir. Pişeqru, Moro və Engien hersoqunun tutulmasında böyük rol oynamışdı. Təzminat olaraq Napoleon ona Eks senatında vəzifə və bir milyon iki yüz min frank məbləğində bir müavinət təklif etdi. O, 1804-cü ilin iyulundan 1810-cu ilin iyuluna qədər yenidən vəzifəsində olmuşdur.[7]

İmperiyadakı idarəetmənin zəifliyindən istifadə edərək 1808-cil ildə Qraf, 1809-cu ildə isə Otranto hersoqu vəzifəsinə yüksəldi və Artur Uelsli ilə İngiltərə və Fransa arasında sülh danışıqları aparmağa başladı. O, Napoleona qarşı əbədi düşməni olan Taleyranla birləşir. Bundan sonra 1809-cu ildə Napoleonun devrilməsi ilə bağlı Böyük Britaniya ilə danışıqlara başlayır. (1810)[12]

Rusiya hücumundan sonra 1813-cü ildə İlliriya qubernatoru kimi çox çətin bir vəzifəyə göndərildi. Qubernator kimi fəaliyyəti zamanı liberal addımlar atdı, təhkimçiliyin aradan qaldırılmasına çalışdı və xalqın problemləri ilə maraqlanmağa başladı. Avstriyalılarının gəlməsinə bir neçə gün qalmasına baxmayaraq Laybaxdan (indiki Lyublyana) qaçmır və xalqı heç bir təhlükə olmaması barədə inandırmağa çalışır . Fuşe 1814-cü ildə Yoahim Muratla birlikdə yenidən imperatora xəyanət edir və Artua qrafına (sonralar X Karl) imperatorluğun məğlubiyyətindən sonra öz xidmətlərini təklif edəcəyini bildirir.

"100 Gün"ün əsas adamı

[redaktə | mənbəni redaktə et]
Mantua. 19 iyun 1805-ci il. Fransa Milli Arxivləri

Napoleonun "100 Gün"lük hakimiyyəti dövründə yenə də Polis Naziri kimi fəaliyyət göstərirdi. İmperatorun döyüşdə olduğu müddətdə o, hökumətin əsas adamı idi. Vaterlo döyüşündən sonra Müvəqqəti Hökumətin prezidenti seçildi və İngiltərənin də yer aldığı müttəfiq qüvvələrlə danışıqlara başladı. Respublikaçıları və monarxistləri manipulyasiya edir və ölkənin hazırkı vəziyyətini davam etdirməsi üçün fərqli qruplarla danışıqlara gedirdi. Monarxiyanın Fransa üçün ən yaxşı idarəetmə forması olduğuna qərar verdi, XVIII Lüdoviki taxta çıxartdı və özü də 1815-ci il iyulun 9-da onun naziri oldu. Keçmiş mühacirlər ona qarşı ittihamlar irəli sürməyə başladılar. Kral onu bu ittihamlardan uzaq tutmaq üçün ona Drezdenə səfir təyin edir.[13]

Həyatının sonu

[redaktə | mənbəni redaktə et]

1816-cı il 12 yanvarda XVI Lüdovikin ölümünə səs verməsi və "100 Gün" ərzindəki fəaliyyəti ilə bağlı haqqında ittiham qaldırıldı. Bu səbəblə o, kral qatili kimi sürgünə göndəriləcəkdi, o özünə bəraət qazandırmaq üçün bir neçə vasitəni sınasa da, Fransada ona qarşı bir laqeydlik hökm sürürdü: "Böyük gücün məzarı budur - unudulmaq. Zaman səni udur."[14] Jozef Fuşe 1820-ci ildə sürgündə olduğu Triest şəhərində vəfat etdi. Şahzadə Jerom Bonapartın əmri ilə onun bütün sənədləri yandırıldı, çünki bu sənədlər çox böyük təhlükə daşıyırdı. Bu sənədlərin yandırılması Direktoriya, Konsulluq və İmperiya dövrü haqqında olan bir çox məlumatın itməsinə səbəb oldu. 1875-ci il iyunun 14-də külləri Sena və Marna şəhərindəki Ferrières-en-Brie məzarlığına köçürülür.

Fuşenin sağ qalan şəxsi sənədləri Milli Arxivdə 187AP simvolu altında saxlanılır.[15]

Fuşenin "Xatirələr"i 1824-cü ildə çap edildi. Lakin ailəsi bunun Fuşe tərəfindən yazılmadığını iddia etsə də, Lui Madlen və Mişel Vovel bu "Xatirələr"in Fuşeyə aid olduğunu bildirdilər.[16]

Polis Naziri (1799-cu il 20 iyul - 1802-ci il 13 sentyabr; 1804-cü il 10 iyul - 1810-cu il 3 iyun; 20 mart - 22iyun 1815-ci il; 7 iyul - 26 sentyabr 1815-ci il)

Daxili İşlər Naziri (29 iyun - 1 oktyabr 1809-cu il)

  • Fəxri Legion ordeni:
    • Legioner (22 oktyabr 1803-cü il)
    • Böyük zabit (14 iyun 1804-cü il)
    • Şərəf Legionunun Böyük Qartalı (2 fevral 1805-ci il)
  • Vürtemberq Tacı ordeni Cəngavəri[17]

Jozef Fuşenin övladları

[redaktə | mənbəni redaktə et]

Jozef Fuşe 1792-ci ildə Bonne-Jeanne Coiquaud ilə ailə qurmuşdur. Bu evlilikdən:

  • Nievre Fuşe (1793 - 1794)
  • Jozef Liberte Fuşe (1796 - 1862) , 2-ci Otranto hersoqu, Sussi qrafının qızı Elisabeth-Baptiste-Fortunée Collin ilə evlənmişdir.
  • Armand Fuşe (1800 - 1878) , 3-cü Otranto hersoqu
  • Athanas Fuşe (1801 - 1886) , 4-cü Otranto hersoqu
  • Jozefina - Ludmila Fuşe (1803 - 1893)

Onun nəslindən olan Virciniya Kuperi - Eyfel 1985-ci ildə müğənni Julyen Klerlə ailə qurmuşdur.

Həyat yoldaşını itirən Jozef Fuşe 1818-ci ildə Gabrielle-Ernestine de Castellane ilə ailə qurur. Lakin bu evlilikdən övladı olmur.[18]

Onun xatirəsi əbədiləşdirilməyib, beləki Fransada Jozef Fuşe adına heç bir küçə yoxdur. Lakin ədəbiyyatçılar onun xarakterindən öz romanlarında istifadə etmişdirlər. Stefan Sveyq onun haqqında zəngin bir tərcümeyi-hal yazmışdır. Onore de Balzak onu öz əsərlərində ("Les Chouans""Qaranlıq bir məsələ") həmişə mənfi obraz kimi təqdim edir və Stefan Sveyqə görə Onore de Balzak Jozef Fuşe zəkasını ən yaxşı anlayan insan idi. Aleksandr Dümanın əsəri olan "St.Herminenin Cəngavəri" əsərində çirkin və pis bir varlıq kimi təsvir olunur.[19]

1901-ci ildə Lui Madlen haqqında olan tərcüməyi-halı bitirdikdən sonra Stefan Sveyq, Birinci İmperiya tarixçisi olan Jan Tulardan Joze Fuşe barəsində maraqlanmağa başlayır. Onu ən çox maraqlandıran mövzu Napoleon Bonapart və Jozef Fuşe arasında olan münasibətlər idi. 2010-cu ilin aprelində tarixçi Julyen Sapori aralarında Bernard Hoteklok, Mişel Kerautret, Michel Sapori, Erik Vial və başqa tarixçilərin də yer aldığı "Fuşe haqqında Araşdırma Cəmiyyəti"nin əsasını qoydu. Maraqları Fuşeyə bəraət qazandırmaq olmasa da, hərəkətlərini fikirləri ilə əlaqələndirib "qara əfsanəsi"nə aydınlıq gətirmək idi. Bu cəmiyyətin başqa bir məqsədi də, Fuşenin həyatının hər bir dövrü haqqında məlumat verəcək "Fuşe Lüğəti"nin hazırlanması idi.[20]

  • Joseph Fouché, Mémoires. Présentation de Michel Vovelle, Paris, Imprimerie nationale, coll. « Acteurs de l'Histoire », 1993
  • Ernest d'Hauterive, "La Police secrète du Premier Empire. Bulletins quotidiens adressés par Fouché à l'Empereur", t. IV, 1963

Tarixşünaslıq

[redaktə | mənbəni redaktə et]
  • Eric A. Jr. Arnold, Fouché, Napoléon and the General Police, Washington, University Press of America, 1979
  • Nicole Bossut, « Aux origines de la déchristianisation dans la Nièvre : Fouché, Chaumette ou les jacobins nivernais ? »1986
  • Élisabeth Liris, L'Allier en Révolution : sur le pas de Joseph Fouché, représentant en mission, en 1793
  • Louis Madelin, Fouché, Librairie Plon, 1955
  • Julien Sapori, L'exil et la mort de Joseph Fouché, Anovi, 2007
  • Jean Tulard, , Paris, Fayard, 1997
  • Emmanuel de Waresquiel, , Paris, Tallandier, 2014
  • Id., Fouché. Dossiers secrets, Tallandier, 2017
  • Stefan Zweig, Fouché, 1929. Biographie
  • Albert Soboul, Dictionnaire historique de la Révolution française, Paris, PUF, 1989
  • Marie-Nicolas Bouillet et Alexis Chassang, « Joseph Fouché » 1878
  • « Joseph Fouché », dans Adolphe Robert et Gaston Cougny, , Edgar Bourloton, 1889-1891
  1. Marie-Odile Mergnac, , Archives & culture, 2000, s. 167.
  2. De Waresquiel 2014, s. 26.
  3. Léon Kammacher, , Éditions du Scorpion, 1962, s. 21.
  4. De Waresquiel 2014, s. 33.
  5. Laurent Kupferman et Emmanuel Pierrat, , Paris, 2013, s. 102.
  6. Léon Kammacher, Joseph Fouché: du révolutionnaire au ministre de la police. 1962
  7. 1 2 Bibliothèque nationale, Manuscrits, Fichier Charavay, lettre du 30 octobre 1793.
  8. Philippe Buchez et Charles-Prosper Roux, Histoire parlementaire de la Révolution, vol. XXX, s. 400
  9. Charlotte de Robespierre, Mémoires, rééd. Paris, Nouveau Monde Éditions, 2006, s. 106.
  10. Marc Belissa et Yannick Bosc, «  », L'Histoire, no 433 « Dossier : la chute de Robespierre », mars 2017, s. 55.
  11. Martin Benoist, « Le chariot piégé de la rue Saint-Nicaise », Nouvelle Revue d'Histoire, Hors-Série, n°13H, Automne-Hiver 2016, s. 12-15
  12. Emmanuel de Waresquiel, Talleyrand : Le prince immobile, Fayard, 2003, s. 294
  13. Nicolas Roret, , Encyclopédie Roret, 1854, 340 s.
  14. Jean-François Deniau. Survivre, 2004
  15. Archives nationales Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine [archive]
  16. Claude Michaud, « Fouché : Mémoires. Présentation de Michel Vovelle. Coll. « Acteurs de l'Histoire ». 1993 », Dix-huitième Siècle, n° 27, 1995, s 585
  17. Base Léonore, ministère français de la Culture
  18. "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
  19. Alexandre Dumas, Le Chevalier de Sainte-Hermine, Phébus
  20. Stefan Zweig, Fouché, Grasset, Les cahiers rouges, s. 58

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]