Ağıriyli ardıc (lat. Juniperus foetidissima) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növdür.
Ağıriyli ardıc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ağıriyli ardıc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
5-6 (16) m-ə qədər hündürlüyə malik ağac və ya 1,5- hündürlüyündə koldur. Yarpaqları tünd-yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqdır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1-2 və bəzən 3 ədəd olub, oval və ya yumurtavari, açıq-qəhvəyi rəngdədir.
Aprel-may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr-dekabr aylarında tamam yetişir. Tozlanması anemofildir. Kserofitdir. Havanın quraqlığına və istiliyinə davamlıdır. Torpaq-qrunt şəraitinə tələbkar deyil, torpağın şoranlığına nisbətən davamlıdır. 300-350 ilə qədər yaşayır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəkliklərdə yayılmışdır. Quru yamaclarda seyrək meşə əmələ gətirir, bundan başqa daşlı-çınqıllı və gilli yamaclarda, uçurumlarda və qayaların üzərində dağınıq halda, tək-tək və qrupla çürüntülü-karbonatlı, boz-qəhvəyi torpaqlarda bitir. Ardıc, yabanı püstə və ardıc seyrək meşəliyinin əsas bitki növlərindən biridir. Çox az hallarda bu meşəliklərdə dominant olur. Dərman bitkisidir.
Böyük Qafqazın şərq hissəsi (Şamaxı, Qəbələ və Ağdaş rayonları), Böyük Qafqazın Quba hissəsi (Quba və Altıağac rayonları), Kiçik Qafqazın şimalı (Samux rayonu), Bozqır yaylası (Şəki rayonu), Kiçik Qafqazın cənubu (Cəbrayıl və Zəngilan rayonlarında) və Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu).
Bozdağ silsiləsində geniş yayılmasına baxmayaraq gələcəkdə azalma tendensiyası proqnozlaşdırılır.
Mal-qaranın otarılması, yanğınlar, sistemsiz kəsilmə, təbii bərpanın zəif getməsi.
Şahdağ və Altıağac Milli Parklarında, Türyançay, Şahbuz və Eldar şamı Dövlət Təbiət Qoruqlarında mühafizə olunur.