Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və Vİİ çağırış deputatı,[1] Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016),[2] 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü,[3] İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü,[4] Vankuver 2010[5] və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri,[6] "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru,[7] "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi,[8] Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti,[9][10] Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü,[11] Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri,[12] COP29 Təkilat Komitəsinin üzvü.
Könül Nurullayeva | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 dekabr 1985 (38 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.[13]
Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçkilərində Könül Nurullayeva bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib.[1] Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir.[12] Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Azərbaycanı AŞPA-da "Sosial Əlaqələr, Sağlamlıq və Dayanıqlı İnkişaf" və "Bərabərlik və Qeyri-Diskriminasiya" komitələrində təmsil edir.
Könül Nurullayeva 2005-ci ildə əsası qoyulan İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, 2008-ci ildə isə "İRƏLİ" İctimai Birliyinin yenidən formalaşması üzrə Təşkilat Komitəsinin sədri və yeni qurumun İdarə Heyətinin üzvü olub.[13] Azərbaycan Gənclər Parlamentinin ilk üzvlərindən biri olmuşdur.
Könül Nurullayeva idman fəaliyyəti dövründə bir sıra layihələrə "MDB və Baltikyanı ölkələrin MOK liderlərinin Regional Forumu", "Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi", "Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə Avropa Təsnifat yarışı", "Bakı 2014" Avropa Atletika Konvensiyası, "Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası" kimi tədbirlərə rəhbərlik etmişdir.[14] Bundan əlavə, Azərbaycan "Bakı 2020" Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu zaman Könül Nurullayeva Təşkilat Komitəsinin icraçı direktoru vəzifəsini icra etmişdir[15]. 2009–2016-cı illər arası Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və həmin Federasiyada Beynəlxalq Əlaqələr İdarəsinin rəisi kimi çalışmışdır.[16]
2009-cu ildə Finlandiyanın Tampere və 2011-ci ildə Türkiyənin Trabzon şəhərlərində keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalları zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda o, 2008-ci ildə keçirilən Pekin Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərinin köməkçisi, 2012-ci ildə isə London Yay Olimpiya Oyunları zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini olmuşdur[17]. 2010-cu ildə Azərbaycanın idman tarixində ilk dəfə qadın missiya rəhbəri təyin olunaraq Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətini müşahidə etmişdir[18]. Növbəti Qış Olimpiya Oyunları 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən zaman, Könül Nurullayeva yenidən həmin vəzifəni icra etmişdir. 2015-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Bakı 2015" Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsini icra etmişdir[19]. 2022-ci ildə Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti seçilmişdir.[9][20]
2013-cü ildə Könül Nurullayeva İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası zamanı Federasiyaya 1963-cü ildən etibarən seçilən ilk xanım üzv oldu[21]. 2017-ci ildə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, eyni zamanda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılmış Əməliyyat Komitəsində İslam Həmrəyliyi İdman Federasiyası və Milli Olimpiya Komitələri ilə Əlaqələr idarəsinin müdiri olaraq çalışmışdır. 2017-ci ilin noyabrın 19-u İslam Həmrəyliyi İdman Federasiyasının 26-cı İcraiyyə Komitəsinin iclası zamanı Könül Nurullayeva ikinci dəfə İcraiyyə Komitəsinin üzvü seçilib. 2018-ci ildə İHİF-nin nəznində əsası qoyulan "Qadın və İdmanda Gender Bərabərliyi" komitəsinə rəhbər təyin olunub. İHİF tərəfindən 2021-ci ildə Türkiyədə keçiriləcək "5-ci İslam Həmrəyliyi Oyunları" ilə əlaqədar yaradılmış Koordinasiya Şurasınının üzvüdür[22].
Könül Nurullayeva 2020-ci ildən etibarən "Dünya Qadın Siyasətçiləri" təşkilatının Azərbaycan üzrə səfiri, "Tolerantlıq və Sülh üzrə Qlobal Konsulluğu"nun Azərbaycandan seçilən ilk nümayəndəsidir.[23] COP29 Təşkilat Komitəsinin üzvü kimi fəaliyyət göstərib..[24]