Közbəkçi Yusif Paşa

Közbəkçi Yusif Paşa (ö. 1678) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Közbəkçi Yusif Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Vidin, Osmanlı imperiyası
Həyat yoldaşı Fatma Sultan
Hərbi xidmət
Rütbəsi Vəzir, Bəylərbəyi

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Bostançı ocağında yetişdikdən sonra 1662-ci ilin iyulunda bostançıbaşı, 1666-cı ilin mayında Silistrə sancaqbəyivəzir oldu. Bu vəzifədə ikən 1667-ci ilin sentyabrında Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından Temeşvar sancaqbəyi, 1670-ci ilin avqustunda Yanova, 1671-ci ilin martında isə Ərzurum bəylərbəyi olub, divan vəzirliyini davam etdirdi. Ardından paytaxta çağrıldı və 1677-ci ilin fevralında İstanbulda taxt naibi təyin edildi. Həmin ilin sonunadək bu vəzifədə qalan Yusif Paşa ardından orduya əsgər toplamaq məqsədilə Rumeliyə göndərildi. Ancaq 1678-ci ildə Vidin yaxınlığında vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sicill-i Osmani IV, səh. 171