Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur.
Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar.
Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar.
17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
19-cu əsrdə yaşayan Yohey Hanaya-bu mövzu ilə bağlı hansı mənbəyə baxsanız, qarşınıza çıxan önəmli bir addır. Çünki ilk olaraq düyünün üzərinə çiy dəniz məmulatları qoyub səyyar arabada satmağa başlamışdı. Bu üsul qısa müddətdə sürətlə yayılmışdı. Buz dolu qutularda balıqların daşındıqları bu arabaların hər tərəfində pərdələr varmış. Pərdələri ən pis olan arabanın suşisi ən ləzzətli sayılırmış. Çünki müştərilər suşini əlləri ilə yedikdən sonra təmizləmək üçün bu pərdələrə silərlərmiş.
1950-ci illərdə qərbin təsiri ilə küçə yeməyi olmaqdan çıxıb restoranlara girmişdi.[1]
9 xörək qaşığı suşi düyüsü, 9 zolaq noru yosunu — 10x4 sm, 3 çay qaşığı qara kürü, 3 çay qaşığı qırmızı kürü, 3 çay qaşığı sarı kürü,1 çay qaşığı vasabi — qıtığotu