Kürəkən Mehmed Paşa (ö. avqust 1592) — Osmanlı sultanı III Murad və III Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Kürəkən Mehmed Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Həyat yoldaşı | Hümaşah Sultan |
Əslən boşnak olub, III Mehmed dönəmi sədrəzəmlərindən İbrahim Paşanın qardaşıdır. Əndərunda yetişərək Şəhrizor bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Bir müddət sonra vəzifədən alınaraq İstanbula çağırılmış, 1581-ci ildə Şahzadə Mehmedin qızı Hümaşah Sultanla nigahlanmışdır. Bi nigahdan bir oğlu dünyaya gəlmişdir.
1592-ci ilin avqustunda İstanbulda vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidinin bağçasına dəfn edilmişdir.