Hümaşah Sultan (1544, Manisa – 1582, İstanbul) — I Süleymanın və Xürrəm Sultanın oğlu Şahzadə Mehmedin qızıdır. 3 yaşındaykən atası vəfat etmiş, bu səbəblə İstanbula gətirilərək nənəsi Xürrəm Sultanın himayəsində böyümüşdür.[1]
Hümaşah Sultan | |
---|---|
هوما شاه سلطانة | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Manisa, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Şahzadə Mehmed |
Həyat yoldaşları |
Kürəkən Mehmed Fərhad Paşa Lələ Qara Mustafa Paşa Kürəkən Mehmed Paşa |
Uşaqları |
Fatma xanım Sultan Sultanzadə Əbdülbaki bəy |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Hümaşah Sultanın ilk evliliyi 1556-cı ildə Kürəkən Mehmed Fərhad Paşa ilə baş tutdu. 19 il davam bu evlilikdən cütlüyün 5 oğlan və 3 qız uşaqları dünyaya gəldi. Qızlarından Fatma Xanımsultan (ö. 1588) Şəhri-zor bəylərbəyi Mustafapaşazadə Mehmed bəylə evləndirilmişdir. Fatma Xanımsultanın və ərinin məzarı Şahzadə külliyəsindəki türbələrinə dəfn edilmişdir.[2]
Ancaq 6 fevral 1575-ci ildə Mehmed Fərhad Paşa vəfat etmiş, bir müddət sonra Hümaşah Sultan Lələ Qara Mustafa Paşa ilə evləndirilmişdir. Bu evliliyindən Sultanzadə Əbdülbaki adlı bir oğlu daha dünyaya gəlmişdir.[3]
Nəhayət, 1581-ci ildə Kürəkən Mehmed Paşa ilə evləndirilmişdir. Bu evliliyindən də bir oğlu dünyaya gəlmişdir. 1593-cü ildə bilinməyən bir səbəblə vəfat etmişdir. Məzarı atasının Şahzadə külliyəsindəki türbəsində yerləşir.