Kürəkən Osman Paşa (ö. 1724) — Osmanlı sultanı II Mustafa və III Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Kürəkən Osman Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Həyat yoldaşları |
Ruqiyyə xanım Sultan Əmətullah Sultan |
Uşaqları |
Kürəkən Hafiz Əhməd Paşa Mehmed Səlim bəy Hibətullah xanım Sultan |
Əslən Kanijalı olub, Əndərunda yetişmişdir. 1695-ci ildə baş silahdar olmuş, həmin ilin aprelində vəzirliklə Şam valisi təyin edilmişdir. 1696-cı ilin oktyabrında Hələb, 1698-ci ildə Van bəylərbəyi olaraq xidmət etmişdir. Bu vəzifədə ikən Gürcüstan üzərinə göndərilən orduya sərdar olaraq təyin edilmişdir. 1699-cu ildə Konya, 1700-cü ildə yenidən Van, 1701-ci ildə isə Kipr əyalətlərinə hakim oldu. Ardından 1703-cü ildə vəzir-i salis (üçüncü vəzir) ünvanıyla divana daxil oldu. 1705-1708-ci illərdə Bosniya bəylərbəyi olaraq xidmət etmişdir. 1709-cu ildə Çərkəz İbrahim Paşa və Fatma Sultanın qızı Ruqiyyə xanım Sultanla nigahlanmışdır.
Toy mərasiminin ardından Anadolunun müxtəlif əyalətlərində xidmət etmiş, xanımının 1720-ci ildə vəfatının ardından həmin ilin sentyabrında Sultan Mustafanın qızlarından Əmətullah Sultanla evləndirildi. Şeyxülislam Abdullah Əfəndi cütlüyün nigahını bağladı. Bu evlilikdən Hibətullah adlı bir qızı dünyaya gəlmişdir. Çox keçmədən Osman Paşa müxtəlif əyalətlərdə xidmətə göndərilmiş və 1724-cü ildə vəfat etmişdir.
Öncəki evliliklərindən Əhməd Paşa, Mehmed bəy və Səlim bəy adlı 3 oğlunun olduğu bilinir ki, bunlardan sonuncusu 1709-cu ildə vəfat etmişdir. Böyük oğlu Hafiz Əhməd Paşa isə Sultan Əhmədin qızlarından Xədicə Sultanla nigahlanmışdır. Qızı Hibətullah xanım Sultan isə 1740-cı ilin noyabrında Hacı Əli Paşa ilə evlənmiş, 1766-cı ildə vəfat etmişdir. Məzarı Nuruosmaniyə türbəsində nənəsinin yanındadır.