Hafiz Əhməd Paşa (ö. dekabr 1735) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Hafiz Əhməd Paşa | |
---|---|
Əvvəlki | Canım Hoca Mehmed Paşa |
Sonrakı | Şahin Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Kürəkən Osman Paşa |
Həyat yoldaşı | Xədicə Sultan |
Atası Sultan Mustafanın vəziri Osman Paşa idi. Atası Osmanlı sülaləsindən 2 sultanla evlənsə də, Əhməd Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Atasının vasitəçiliyi ilə baş qapıçı olmuş, ardından 1722-ci ilin noyabrında Sayda bəylərbəyi, 1723-cü ildə vəzir oldu. 21 fevral 1724-cü ildə baş tutan mərasimdə Sultan Əhmədin qızlarından Xədicə Sultanla nikahlandı. 1731-ci ilin sentyabrında kaptan-ı dərya olsa da, həmin ilin noyabrında vəzifədən alınaraq yenidən Saydaya təyin olundu. 1734-cü ildə Rumeli bəylərbəyi oldu və 1735-ci ilin dekabrında vəfat etdi.