Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır.[2]

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 12 yanvar 2021
Əvvəlki qurum Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Bakı Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 36.[1]
Rəhbərlik
Rəhbər Əhməd İsmayılov

Rəsmi saytı media.gov.az

Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.[3]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Müvafiq sahənin inkişafını təmin etmək;
  • Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.[4]
  1. "Əlaqə". media.gov.az (az.). Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2021.
  2. "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı". 2022-07-06 tarixində arxivləşdirilib.
  3. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu". 2022-07-06 tarixində arxivləşdirilib.
  4. "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-07-06 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]