Əhməd Məhəmməd oğlu İsmayılov (1980, Bakı) — Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru.
Əhməd İsmayılov | |
---|---|
12 yanvar 2021 – indiyə kimi | |
Prezident | İlham Əliyev |
4 aprel 2020 – 12 yanvar 2021 | |
Əvvəlki | Vüqar Səfərli |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1980 |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1980-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1987–1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır.
2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr dərəcəsi almışdır.
2022-ci ildə Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını bitirmişdir.
Ailəlidir, 1 övladı var.
Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır.
2004–2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləmişdir.
2005–2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır.
2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir.
2018–2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.
2009–2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər" ilk ərazi təşkilatının sədri olmuşdur.
2019-cu ildən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin ekspertidir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilmiş,[1] 12 yanvar 2021-ci il tarixədək bu vəzifədə çalışmışdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 2416 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı, 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı və 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.