Kənan Kərimli (tam adı:( Kənan İrəvan oğlu Kərimli; 7 oktyabr 1997 ismayilli) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ikinci qarabag müharibəsinin iştirakçısı, Qazi.
Kənan Kərimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı,Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | İrəvan Kərimli |
Anası | Gülarə Kərimli |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Vəzifəsi | Rabitəçi |
Təltifləri |
Kənan Kərimli 7 oktyabr 1997-ci ildə İsmayıllı rayonunda bir oğul və bir qız övladı olan İrəvan və Gülarə Kərimovlar ailəsinin 3-cü övladı olaraq dünyaya gəlmişdir. Uşaqlığı İsmayıllı rayonunda keçən Kənan 2004-cü ildə Natiq Behdiyev adına şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. O, oxuduğu illər ərzində məktəbin ictimai tədbir və yığıncaqlarında fəal iştirak etmiş, müəllim və şagird heyətinin böyük sevgi və rəğbətini qazanmış, bilik və bacarıqlarına görə müxtəlif tərifnamələr, təşəkkürnamələr, diplom və fəxri fərmanlarla fərqləndirilmişdir. Kənan orta məktəbi 2015-ci ildə bitirmiş, elə həmin ildə Bakı Dövlət Nəqliyyat və Rabitə kollecinə daxil olmuşdur. 2019-cu ildə kolleci bitirdikdən sonra ordu sıralarına atılmaq istəsə də, uşaqlıqda keçirmiş olduğu xəstəlik səbəbilə hərbi xidmətə getməsinə icazə verilməmişdir. Buna baxmayaraq Kənanın mübarizə əzmi, vətən sevgisi bir an olsun səngiməmiş, Səhiyyə və Müdafiə Nazirliklərinə etdiyi çoxsaylı müraciətlər sayəsində o, 2020-ci il may ayında ordu sıralarına qoşulmaq istəyinə müvəffəq olmuşdur. Vətən müharibəsinin başladığı andan bitdiyi ana qədər Kənan düşmənə qarşı igidliklə döyüşmüş, bədəninin müxtəlif hissələrindən qəlpə yaraları almış və Füzuli uğrunda gedən döyüşlərdə sağ ayağını itirmişdir.
Kənan belə diplomlardan birinə gözəl rəqs etmək qabiliyyətinə görə seçilərək 25 yanvar 2011-ci ildə Gənclər və İdman İdarəsi tərəfindən yeniyetmə və gənclər arasında keçirilən rəqs müsabiqəsinin qalibi olaraq layiq görülmüşdür. Kənan rəqslə yanaşı digər sahələrə də çox həvəs və maraq göstərmişdir. Azərbaycanın tarixinə, ədəbiyyatına olan sevgisi sayəsində Kənan 7-ci sinifdə oxuyarkən "Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan" adlı tarix gecəsində fəal iştirakına görə tərifnamə ilə, 8-ci sinifdə oxuyarkən "Mirzə Ələkbər Sabirin 150 illiyi"nə həsr edilmiş bədii gecədə fərqləndiyi üçün məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla qiymətləndirilmişdir. Bundan başqa Kənanın istedadı 2012-ci il, 23 may "İstedad axtarırıq"devizi altında keçirilən siniflərarası bilik və bacarıq yarışında da aşkarlanmış və ona tərifnamə təqdim olunmuşdur. 25 dekabr 2012-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş ümumrayon tədbirində fəal iştirakına görə Kənan İsmayıllı rayon Təhsil Şöbəsinin təsdiqi ilə məktəb direktoru tərəfindən Fəxri Fərmana layiq görülmüşdür. 2014-cü ilin 24 may tarixində FHN xətti ilə həyata keçirilən "Gənc xilasedici və yanğınsöndürənlər" idman yarışının final mərhələsində Kənan qalib gələrək 1-ci yer tutmuş, RTŞ tərəfindən Diplom ilə qiymətləndirilmişdir. Döyüş bitdikdən sonra Kənanın şücaəti qiymətləndirilərək Cənab Ali Baş Komandan tərəfindən Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə 09.10.2020 "Xocavəndin azad olunmasına görə"[1], 20.11.2020 tarixli "Füzulinin azad edilməsinə görə"[2] medalları ilə təltif edilmişdir.