Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor.
Natiq Axund | |
---|---|
Natiq Namiq oğlu Axundov | |
Digər adı | Natiq Axundov |
Doğum tarixi | 15 fevral 1975 (49 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | film prodüseri |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili |
Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Tanınma səbəbi | Kino-rejissor, prodüser, ssenarist və aktyor |
Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub.[1] Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub.[2]
1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb. 2008-ci ildə "Qaçan Atlar Production" kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə fəaliyyətləri var. Bu illər ərzində "production"un istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüser, aktyor kimi fəaliyyətləri var. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olmuş, diplom və mükafata layiq görülüb.[1][2]
2018-ci ilin fevralından İstanbulda yaşayıb.[3]
Ailəlidir, üç övladı var: İki qız, bir oğlan: Rüqəyyə, Əbülfəzl, Əsmanur. Bir neçə filmlərində övladları da rol alıb.[4]
ANS telekanalında aşağıdakı veriliş və proqramların rejissoru olub:
ATV telekanalında yayımlanmış "Həkimlər" serialında rejissor, aktyor.[5]
Xəzər TV-də yayımlanmış "Yaşananlar" silsiləvi filmlər layihəsində "Tamahkar" qısametrajlı bədii filminin rejissoru və aktyoru.[6][7]
İnterAz TV kanalının Bakı yayımında, ilk tv fəaliyyət yaradıcısı, Baş prodüser, rejissor, layihə rəhbəri və həmçinin "Bir an ayaq saxla!" elmi kütləvi proqramı ilə "Əbədi Səadətə Aparan Yol" layihələrinin aparıcısı olub.
Azərbaycan, Türkiyə birgə internet tv kanalı olan Vision TV-də baş rejissor kimi fəaliyyətləri olub.
Hazırda 2008-ci ildə təsis etdiyi "Qaçan Atlar Production" şirkətinə rəhbərlik edir.
2017-ci ildə Natiq Axundun ssenaristliyi və rejissorluğu ilə çəkilmiş bir reklam çarxı Azərbaycan mətbuatında geniş əks-səda doğurmuş, Axund bu hadisəyə görə hətta polisə belə çağrılıb.[8]
"Dünyada Bir Gün" həyat hadisələrindən ibarət filmlər, sosial şəbəkələrdə yüksək sayda izləyici marağına səbəb olub. Hər biri alt yazı ilə ingilis dilinə tərcümə olunub. O silsilədən olan "Ramazan Payı" filmi, dünyanın bir cox ölkələrində izlənmiş, Türkiyədə, türk dilində, o cümlədən Almaniyada alman dilinə subtitr ilə tərcümə olunub yayımlanmışdır.
2018-dən 2021-ci ilədək Türkiyədə, İstanbulda yaşamış, bu illər ərzində televiziyada rejissor işləyib.
Fox TV-də yayımlanan (Limon production, Fox TV-nin birgə layihəsi olan "Savaşçı" serialında Azərbaycan komandiri (Azerbaycan komutanı) olaraq serialda aktyor kimi rol alıb.[9][10]
Həmçinin Türkiyədə olduğu müddət ərzində 3 qısa bədii film çəkmişdir:
1) "Aslolan Kalpdir". Rollarda: Sinem Emir, Natig Akhund, Nihal Erdem, Musa Çakır, Kemale Kamal və s.
2) "Dünyanın en güzel hediyesi". Əsas rollar: Çağla Şimşek və Natig Akhund. Operator: Ümit Öz və s. Türkiyənin yerli film sənətçilərindən ibaret heyətlə) Məkanlar: İstanbul / Eminönü — dəniz sahili, bərə. Taksim, Mecidiyeköy, Şişli və s.)
3) "Sevgilerin Buluştuğu Mekan". İstanbulda praktikant aktyorlar, "Karen aktyor evi"nin heyəti və s. Türkiyə, Azərbaycan və digər türk ölkələrindən olan aktyorlardan ibarət nümayəndə heyəti.
Azərbaycana qayıdandan sonra 2021-ci ilin sonları iki tender layihə həyata keçirmişdir (Vision TV & Əmək və Sosial Müdafiəsi Nazirliyi). Hər iki layihədə 3 sosial çarx. Hər birində iksi kreativ, biri infoqrafik sosial çarx olmaqla. Mövzular: narkomaniya, işçi hüquqları (müqavilə və müqaviləsiz işçi). Bundan başqa 2 qısa film: işə düzəltmə bürosu ilə bağlı satirik qısa film: "İş axtarırdım, bəstəkar oldum" və yumoristik "Bu da yaxşılığın sonu".[11][12]
2024-cü ildə Axundun ssenari müəllifi və rejissoru olduğu "Dünyada Bir Gün" qısa filmlər layihəsi çərçivəsində Hacı Şahin Həsənli ilə bağlı "Bir Gecənin İçində" ("Bir Gecədə Dönüş") adlı bədii filmin "Azərbaycan" kinoteatrında təqdimatı keçirilib.[13][14]
2000: Bibo (etüd, 2000): "Ümidli Gələcək" festivalı rejissor işi üzrə mükafat
2001: Biz kimik (etüd, 2001): Bakıda ilk dəfə təşkil olunmuş audioviziya festivalı mükafatı
2015: "Yeni Sabah" film festivalının rəhbəri[30]
2016: Hüdutsuz (buktreyler, 2016): "Buktreyler" kitab treyleri (tanıtımı) festivalının laureatı.[31]
2016: Azərbaycanda ilk DSD reklam layihəsində rejissor və prodüser
2017: Kazan XIII Beynəlxalq Müsəlman Kinosu festivalı[17]