Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Kəndim+nizə qayıdın!? | |
---|---|
Fayl:Kəndim+nizə qayıdın!? (film, 2007).jpg | |
Janr | Faciəvi komediya |
Rejissor | İzzət Əzizov |
Ssenari müəllifi | Şahin Nəcəfov |
Baş rollarda |
Rauf Şahsuvarov — Ziyadxan Brilliant Babayeva — Gülnisə İqrar Salamov — Faxoş Elməddin Cəfərov — Xuduş Azər Axşam — Nuruş Mehdi Mehdizadə — Ziriş Aynur Dadaşova — Məryəm |
Operator | İzzət Əzizov |
Bəstəkar | Erkin Məmmədov |
Rəssam | Sevda Məmmədova |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 105,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |