Elman Rəfiyev

Elman Məmmədrza oğlu Rəfiyev (19 yanvar 1971, Sumqayıt) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət Pantomim Teatrının direkoru, Əməkdar artist.

Elman Rəfiyev
Doğum tarixi 19 yanvar 1971(1971-01-19) (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1992–h.h.
Təhsili
İstiqamət pantomim
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Elman Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur.

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R. Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S. Mrocekin "Karol xofu" (Baba), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M. Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğam Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A. Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2–3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.

Elman Rəfiyev Dövlət Pantomima teatrında hazırlanan bütün tamaşaların və A. Şaiq adına Kukla Teatrında "Kral" tamaşasının musiqi tərtibatçısıdır. O, 2006-cı ildə Xəzər Universitetində Üzeyir Hacıbəyovun "Arşın mal alan" (ingilis dilində) operettasına, daha sonra isə Fikrət Əmirovun "Sevil" operasına quruluş vermişdir.

Elman Rəfiyev Gürcüstanda (Tiflis, 14–28 noyabr 1998-ci il, "Hamletsiz Hamlet" sənətkarlıq kursu; Tiflis, aprel 1999-cu il, "Teatr+Video" festivalı; Tiflis, 17 sentyabr–8 oktyabr 2000-ci il, "Qızıl maska" Beynəlxalq Teatr Festivalı; Tiflis, 16–19 iyun 2009-cu il, "Azərbaycan mədəniyyət günləri; Tiflis, 4–6 oktyabr 2009-cu il, Beynəlxalq Teatr Festivalı), Rusiyada (Moskva, 26–30 aprel 1999-cu il, "Azərbaycan mədəniyyət günləri"; İrkutsk, 30 avqust–8 sentyabr 2002-ci il, "Mimolyot" 6-cı Beynəlxalq Pantomima və Müasir Plastika Festivalı; Moskva, 17–19 aprel 2007-ci il, "Azərbaycan mədəniyyət günləri"; Moskva, 9–11 oktyabr 2007-ci il, "Bibliobraz" Beynəlxalq Festivalı), Fransada (Paris, 1999-cu il, "Dədə Qorqud-1300"; Paris, 23–25 may 2008-ci il, UNESCO "Leyli və Məcnun" layihəsi), Türkiyədə (Ankara, 18–28 noyabr 1999-cu il, 4-cü beynəlxalq teatr festivalı; Ankara, 7–17 noyabr 2001-ci il, 6-cı beynəlxalq teatr festivalı; Ankara, 17–27 oktyabr 2002-ci il, "Ethos" Uluslararası Teatr Festivalı; Trabzon, 1–13 may 2006-cı il, 7-ci Uluslar arası Karadeniz tiyatro festivalı), Bolqarıstanda (Sofiya, 18 iyul–4 avqust 2000-ci il, İfaçılıq sənətləri üzrə yay akademiyası – "Bədənlər və zaman", "Fildenkrayz metodu", "Ağ buto" seminarları), İranda (Tehran, 4–10 noyabr 2000-ci il, 1-ci Beynəlxalq Pantomima Festivalı; Tehran, 3–10 mart 2002-ci il, "Dostluq" teatr festivalı), Almaniyada (Potsdam, 17–23 iyun 2001-ci il, Unidram festivalında, "XXI-ci əsrin yuxuları" Sankt-Peterburq Mədəniyyət mərkəzinin Artur Şnitslerin "Pyerettanın örtüyü" beynəlxalq layihəsi; Berlin, 13–19 iyun 2008-ci il, "Azərbaycan mədəniyyət ili"), Hollandiyada (Amsterdam, 9–15 dekabr 2002-ci il, "Oud-Wesr Thuis Best" Beynəlxalq mədəniyyətlərarası festival), Avstriyada (Vyana, 10–14 aprel 2003-cü il, "Arzular aləminə səyahət" layihəsində; Vyana, 9–15 aprel 2007-ci il), Ukraynada (Kiyev, 7–14 may 2003-cü il, "Kiyev-Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarıstanda (Kazan, 30 may-6-iyun 2005-ci il, "Nouruz" Türkdilli xalqların teatr festivalı), Misirdə (Qahirə, 20–30 sentyabr 2005-ci il, 17-ci Beynəlxalq Eksperemintal teatr Festivalı; 10–20 oktyabr 2008-ci il, 20-ci Beynəlxalq Eksperemintal teatr Festivalı), Finlandiyada (İmatra, 14–17 iyun 2007-ci il, "Ağ və Qara" Beynəlxalq Teatr Festivalı), Ərəbistanda (Ər-Riyad, Dammam, Ciddəh 10–14 noyabr 2007-ci il, "Azərbaycan mədəniyyət günləri") beynəlxalq teatr festivallarında iştirak etmişdir.

2000-ci ilin aprel ayında Dövlət Pantomima Teatrının direktoru müavini, 2009-cu ildə isə direktoru vəzifəsinə təyin olunmuşdur.

9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Pantomim Teatrı

[redaktə | mənbəni redaktə et]
Tamaşanın adı Rol Premyera Rejissor Müəllif Musiqi tərtibatçısı
Pantomim buketi Müğənni 16 may 1994 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə ✅Y
Karol xofu baba 19 fevral 1995 Slavomir Mrojek
Kimdir müqəssir? Şeytan 7 mart 1998 Əbdürrəhim bəy Haqverdiyev
Uçuş V xaliq 1 aprel 2000 Şeyx Əttar
Manqurt aparıcı 17 iyun 2000 Çingiz Aytmatov
Şəngül, Şüngül, Məngül Nağılçı-Dəmirçi 4 fevral 2001 Mehman Musabəyov
Şərqə səyahət Aparıcı-Motosiklçi-Badam 24 fevral 2001 Bəxtiyar Xanızadə
Bayraqdarlar Bayraqdar 19 fevral 2003 Bəxtiyar Xanızadə
Samurayın ölümü Aparıcı 20 fevral 2003 Bəxtiyar Xanızadə
Dulusçu[1] 1-ci Mim 1 may 2002 Bəxtiyar Xanızadə Üzeyir Hacıbəyov
Bəxtiyar Xanızadə
✅Y
Zibillik pərvanələri Şah
ustad skripkaçı
15 may 2002 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə ✅Y
Kvaksafon Rəssam qurbağa 10 oktyabr 2003 Bəxtiyar Xanızadə
Eşq Vərəq 3 aprel 2003 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə
(Uilyam Şekspirin sonetləri əsasında)
✅Y
Dejavü ❌N Bəhruz Vaqifoğlu
Səbinə Hacıyeva
Səbinə Hacıyeva ✅Y
Balaca şahzadə 1-ci Qızılgül 10 mart 2004 Bəxtiyar Xanızadə Antuan de Sent-Ekzüperi ✅Y
İnsan Keşiş-Mason-Sədr 13 mart 2005 Alber Kamü
Kölgə Polis 20 may 2005 Bəxtiyar Xanızadə
Korlar 3-cü kor 16 dekabr 2005 Ayşad Məmmədov ❌N
Məlikməmməd Padşah 4 aprel 2008 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə
(Azərbaycan xalq nağılı əsasında)
✅Y
Maska ❌N Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə ✅Y
Adsız ❌N Nargilə Qəribova Nargilə Qəribova ✅Y
Kesa və Morito ❌N Bəxtiyar Xanızadə Rünoske Akutaqava ✅Y
Mən və mən[2] ❌N Ceyhun Dadaşov Ceyhun Dadaşov ✅Y
Xəyal 26 sentyabr 2008 Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə
Çərçivə 2-ci Mim 21 iyul 2009 Əflatun Abdullayev Əflatun Abdullayev ✅Y
Tıq-tıq xanım ❌N 26 dekabr 2010 Nargilə Qəribova Abdulla Şaiq ✅Y
Unutmayaq Bəy 14 aprel 2012 Bəhruz Vaqifoğlu Bəxtiyar Xanızadə ✅Y
Fəlakət və insan ❌N ❌N ❌N ✅Y
No comment 14 iyun 2012 Bəxtiyar Xanızadə
Bəhruz Vaqifoğlu
Əflatun Abdullayev
Bəxtiyar Xanızadə ❌N
Manqurt Köməkçi 5 oktyabr 2013 Ceyhun Dadaşov Çingiz Aytmatov ❌N
Ora-bura[3] Kloun Nini 15 mart 2014 ❌N ❌N ✅Y
Son ştrix Ağıllı 6 dekabr 2014 Bəxtiyar Xanızadə
Bəhruz Vaqifoğlu
Bəxtiyar Xanızadə
Bəhruz Vaqifoğlu
❌N
Hamlet[4] Kral Kaludio 5 iyun 2015 Bəxtiyar Xanızadə Uilyam Şekspir ❌N
Adajio Sərxoş şair 1 iyul 2016 Bəxtiyar Xanızadə
Nargilə Qəribova
Bəxtiyar Xanızadə ❌N
Ağ bığlılar Mim 8 oktyabr 2016 Bəhruz Vaqifoğlu Nurlan Rüstəmov ❌N
  1. Nigarançılıq (film, 1998)Əli; nökər
  2. Yaşıl eynəkli adam-2 (film, 1999)restoran işçisi
  3. Nekroloq (film, 2001)Ruslan
  4. Salur Qazanın evi talandığı boy (film, 2001)döyüşçü
  5. Yaşıl eynəkli adam-3 (film, 2002)köməkçi
  6. QAZ (film, 2005)imkanlı oğlan
  7. Kişiləri qoruyun (film, 2006)şadlıq evinin işçisi
  8. Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007)məzhəkəçi
  9. Cavid ömrü (film, 2007)gənc bolşevik
  10. Kəndim+nizə qayıdın!? (film, 2007)Maykl
  11. Günaydın, mələyim! (film, 2008) (plastik həll üzrə rejissor)
  12. Qala (film, 2008)Seyid
  13. Ölüm növbəsi (film, 2009)cavan oğlan
  14. Aramızda qalsın (film, 2011-2013)Nəriman
  15. Mürafiə vəkillərinin hekayəti (film, 2011)Bədəl
  16. Sirr (serial, 2012)Tahir Əsədullayev
  17. Sübhün səfiri (film, 2012)Fridrix Bodenştedt
  18. Qanun naminə (teleserial, 2013)Mirzəli
  19. Ata ocağı (film, 2017)Niyaz
  20. Maqomayev (serial, 2020) — Kamal (Rusiya)
  21. İdarə (serial, 2020) — kinorejissor
  22. Sayrışan işıqlar (serial, 2020) — Fikrət
  23. Sonuncu mogikan (film, 2021) — poçtalyon
  24. Son səfər (film, 2022) — Mircəfər Bağırov
  25. Azad buludlar kimi (film, 2023) — Yusif Vəzir Çəmənzəminli
  26. Ömür sonatası (film, 2023) — Mircəfər Bağırov
  27. Oğlan igid, qız qəşəng (film, 2024) — Çingiz
  28. 21-ci möcüzə (film, 2024) — Kazım
  29. İstiqlal bəyannaməsi (film, 2024) — Şəfi bəy Rüstəmbəyli
  30. Mən, Lalə və bir də Şerlok Holms (serial, 2024) — Jak Poqanel
  1. AzərTAc. "Pantomim Teatrının səhnəsində nümayiş etdirilən "Dulusçu" tamaşası maraqla qarşılanmışdır" (az.). AzərTAc. 26.09.2010. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
  2. Ceyhun Dadaşov. "Mən və Mən. Rejissor: Ceyhun Dadaşov" (az.). Youtube.com. 28.08.2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  3. Həmidə. ""Ora-bura" getmələr..." (az.). Azərbaycan Milli Kitabxanası. 18.04.2014. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
  4. Report. "Pantomima Teatrı "Hamlet" tamaşasını yeni quruluşda təqdim edib" (az.). Report. 19.06.2015. 2021-10-23 tarixində [https://web.archive.org/web/20211023020017/https://report.az/incesenet-xeberleri/pantomima-teatri-hamlet-tamasasini-yeni-qurulusda-teqdim-edib/ arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.