Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı.[1]
Kərbəlayı Səfixan Qarabaği | |
---|---|
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği | |
Doğum tarixi | təq. 1817 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1910 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | memar, bərpaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.[2]
Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı.
Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.