Mirzə Həsən qəbiristanlığı — Şuşa şəhərinin üç müsəlman qəbrstanlığından biri. Əsası 1840-cı ildə qoyulmuş qəbirstanlığıdır.
Qəbiristanlıq | |
Mirzə Həsən qəbiristanlığı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Şuşa |
Əsası qoyulub | 1840 |
39°46′13″ şm. e. 46°45′09″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şuşanın şimal-şərqindəki qədim qəbiristanlıq Mirzə Həsən qəbiristanlığı adlanırdı. Həmin qəbiristanlıq XVIII əsrin axırları və XIX əsrin birinci yarısında yaşayıb-yaradan şair Mirzə Həsən Mirzə Cəfər bəy oğlu Vəzirovun adı ilə adlandırılıb. Uzun illər Vətən və sevgi həsrətilə Şəkidə yaşamış nakam şair ölümqabağı onu vətəni Şuşada — sevdiyi qızın gəlib-getdiyi yolun kənarında dəfn etməyi vəsiyyət etmişdi. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır.
1840-cı ildə təxminən əlli yaşında həyatdan köçən Mirzə Həsəninin cənazəsi Şuşaya gətirilərək qala divarlarından bir qədər aralıda həmin yolun kənarında dəfn edilib. Bununla da Şuşada yeni bir qəbiristanlıq meydana gəlib və həmin vaxtdan da ona "Mirzə Həsən qəbiristanlığı" adı verilib. Qasım bəy Zakir (1984-cü ildə anadan olmasının 200 illiyi münasibətilə qəbirüstü büstü də qoyulub), Mirzə Camal Cavanşir Qarabaği, şair Mirzə Ələsgər Növrəs, Rzaqulu bəy Cavanşir (Vəzirov), Xosrov bəyə Fuladov və başqa görkəmli şəxslər orada dəfn olunub"[1]
"Anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə -Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrin görkəmli şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı".[4] Qəbiristanlıqda XIX əsrin qəbirlərinə rast gəlmək olur. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır
Alimlərin çoxillik araşdırmaları nəticəsində qədim məzarlıqlar, etiqrafik abidələr ilkin mənbələr kimi Azərbaycan tarixinin konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. Bu məzarlıqlar inzibati bölgü, dövlət quruluşu, əhalinin yaşayışı, məşğuliyyəti barədə geniş məlumat verir. Baş və sinədaşlarının üzərindəki bir sıra təsvirlər, qədim yazılarla titul, ləqəb və rütbələrlə həmin insanların şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olur, onların hansı zümrəyə aid olduqları dəqiqləşdirilir.[5]