Şirin su hamamı — 1878–1880-ci illərdə Bazar başında Şuşanın Merdinli məhəlləsinin başlanğıcında Xurşidbanu Natəvanın Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə sifarişi ilə tikilmiş hamam. Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir[2]. 2001-ci il avqustun ikisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb[1]. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.[3] 2001-ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.[4]
Şirin su hamamı | |
---|---|
39°45′48″ şm. e. 46°45′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Qaraşərov küçəsi |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Sifarişçi | Xurşidbanu Natəvan |
Tikilmə tarixi | XVIII |
Vəziyyəti | fəaliyyət göstərmir |
İstinad nöm. | № 365 [1]. |
Vikianbarda əlaqəli mediafayllar |
Şuşa hamamlarından biri olan Şirin su hamamı 1878–1880-ci illərdə Xurşidbanu Natəvanın sifarişi ilə tikilib. Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir[5]. Hamam Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyinə görə Şirin su hamamı adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edib.[6]Hamam Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərib.[7] İşğaldan sonra binanın özü salamat qalsa da daxilində müəyyən dəyişikliklər edilib. Divardakı rəsmlər silinib daxilində hamama aid olmayan hovuz tikilib. Xan qızı saxsı borularla şəhərə su çəkdirərkən bir qol da hamam üçün ayırmışdı. Şəhərin digər hamamlarında şor sudan istifadə edildiyi halda həmin hamam şəhərə çəkilən şirin su ilə işləyirdi. Elə buna görə də Hacı Rza hamamına el arasında "Şirin su hamamı" deyilirdi. Tacirin oğlanları İsmayıl bəy və Ağakişi bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında "Ağakişi bəyin hamamı" kimi tanınıb. Böyük Vətən müharibəsi illərinədək işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin 80-ci illərinin axırlarında bərpa edilib və şəhərin işğalınadək işləyib".[8][9]