"Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir.[1] Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb[2].
Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən. Eşitdim sənin vəfalı cəsur dostun dünyadan köç edib. Vaxtı ilə ləzzətli xörəklər çox yesən də artıq olmayacaq.[3] Yarımçıq kədərli həyat səni gözləyir. Ovçu tülküyə baxaraq dedi: Çox sevinmə Tülkü, hər qaranlıq gecənin bir sabahı var. Əgər çətinliyə, dara düşürüksə deməli gözəl günlər qarşıdadı, çünki xeyir və şər bir-birini qovalayır hər zaman[4]. Elə ovçu sözünü bitirmişdi ki, uzaqdan toz duman göründü. İt gələrək öncə ovçunu arxasını, önünü dolnaraq, qəflətən tülkünün qasığından yapışdı və yiyəsinə dönərək dedi: Bir az gecikdim deyə məni pislədinmi!?
Kim sədaqəlidirsə onun həyatı saədət ilə dolu olar. Ruzini hər zaman Allahdan istə, çünki ruzimiz yetirən odur![5]
"Ovçu ilə iti və tülkünün" hekayəsi Nizaminin digər hekayələri kimi ibrətamiz xarakter daşıyır.[6]Hekayə dürüstlüyün, sədaqətin tərənnümüdü. Allaha inanaraq səbr etməyin nəticəsi mükafatdır[7].
Allahverdiyeva Z.A. Sufi-simvolik poeziyada metafora. “Poetika.izm.” jurnalı, Nizami adına Ədəbiyyat institutunun Elmi Əsərləri, Elm və təhsil, Bakı, 2016, №2, səh.179- 187.
Araslı N. H. Ön söz. (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri haqqında) müqəddimə Nizami Gəncəvinin "Sirlər xəzinəsi". Bakı, Çaşıoğlu, 2004.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Tərcümə S.Rüstəm, red. F.Qasımzadə, Bakı, 1940, 55 s.
Ordubadi M.S. Nizaminin dövrü və həyatı (məqalələr toplusu – II). Bakı, Elm, 2021, 224 s.
Nizami Gəncəvi almanaxı II. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı, Elm və təhsil, 2021, 254 s.
Gencosman N. Nizami. Mahzeni-esrar. Çevireni Nuri Gencosman. İkinci baskı. Ankara, Milli Egitim basımevi,1960.
Абдуллаев Н. Хайдар Харезмий вэ унинг “Махзанул-асрар” асары. УзССР ФАН. Ташкент, 1976, 99 с.
Tsereteli Lia. On the History of Studying the Topic. Intercultural Space: Rustaveli and Nizami, Shota Rustaveli Institute of Georgian Literature,Tbilisi, 2021, p.11-30.
Shota Rustaveli and Nizami Ganjavi. Shota Rustaveli Institute of Georgian Literature, Institute of Literature named after Nizami Ganjavi, Tbilisi, 2021, 512 p.
Чайкин К.И. Хакани, Низами, Руставели // Сборник, Акад. наук СССР. Науч.-иссл. ин-т кавказоведения им. акад. 976 Н.Я.Марра. Москва-Ленинград, Изд-во Акад. наук СССР.- 1935-1966.
Абдолов Н. Любовно-романтическая поэма в персидскотаджикской поэзии X-XII веков. Душанбе, 2009.