Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur.[1]
"Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir.[2] Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır.[3] Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir.[4]
Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin.[5] Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi. Nuşirəvan vəziri ilə kəndin yaxınlığında ağacın üstündə iki quşun oturub oxuduğunu görürlər. Bayquşların ötməsi şaha maraqlı gəlir. Vəzirinə üzünü çevirərək deyir: "Sizcə bu iki bayquş bir-birinə nə deyir?" Ağıllı və zirək olan vəzir, xalqın acınacaqlı vəziyyətini hökmdara çatdırmaq üçün bunu fürsət bilir və deyir: "Əgər böyük hökmdar dediklərimdən narahat olmayacaqsa mən onların dilini açıb sizə deyərəm." Nuşirəvan cavab verir: "Söz verirəm ki, əsəbləşməyəcəm. Qorxmadan danışmağınızı istiyirəm. Görürsənki burada danışığımızı heç kim eşitməyəcək" Vəzir danışmağa başlayır: "Şah sağolsun bu iki quşun danışıqları yaxşı deyil. Onlar cehiz üzərindən toy mərasimi keçirtmək istəyirlər. Quşlardan biri digərinə qızını vermək istiyir, lakin süd pulu üçün ətrafdakı on xarabalığı və daha da əlavə xarabalıqlar istədiyini bildirir. Digər quş sevinclə deyir ki, əgər Nuşirəvan kimi zalım şah bu ölkənin başındadırsa mən sənə yüzlərlə belə xaraba kənd hədiyə edərəm." Vəzirin bu sözləri Nuşirəvana çox böyük təsir etdi ki, inildəyərək fikrə gedir. Vay mənim halıma hətta quşlar belə mənim haqqımda danışırlar. İnsanların mallarını neçə illərdi müsadirə edirəm. Bu dünyadan nə böyük rüsvayçılıqla gedəcəm. Bunları düşündükdən sonra ayağa durub ordusunun yanına gedir. Bununla da Nuşirəvan dəyişib ədalətli işlər görür, tarixdə Adil Nuşirəvan adı ilə tanınır.[6]
Hekayəyə diqqətli yanaşsaq görərik ki, əslində bayquşlar bayquşa bənzər insanları təmsil edir[7]. Xalqın fəlakəti nəticəsində varlanan, qarışıqlıq, özbaşınalıq dövrlərində özlərini rahat hiss edən feodal-ruhani təbəqəsinin bir qisminin cəmiyyətdəki eybəcər, bayquşvari insanlar tənqid olunur.[8]
Allahverdiyeva Z.A. Nəfsin simvollaşdırılmasında əsas obraz və məcazlar. “Elmi araşdırmalar”, №3-4, AMEA-nın Nizami adına Ədəbiyyat institutu, Bakı, Nurlan, 2001, s.118-123.
Allahverdiyeva Z.A. Nizami Gəncəvinin “Məxzənül-əsrar” poeması və Xacu Kirmaninin “Rövzətül-ənvar” əsərinin ədəbi-fəlsəfi qaynaqları, Azərbaycan Milli Elmlər Akademiyası, “Xəbərlər”, Humanitar elmlər, 2017, 1, s. 40-44.
Araslı H.M. Müqəddimə.Nizami Gəncəvi. “Sirlər xəzinəsi”, Bakı, Azərnəşr, 1953, s.3-11.
Bədəlova T.K. Nizami Gəncəvinin “Məxzənül-əsrar” poemasında şair özü, müasirləri, sənəti və görüşləri haqqında. “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” II Beynəlxalq elmi-nəzəri konfransın materialları. AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bakı, 29 noyabr, 2017-cı il, s.92-95.
Hacıyeva Vəfa. Nizami Gəncəvinin «Sirlər xəzinəsi» məsnəvisində “Quran”dan iqtibaslar // AMEA Nizami Gəncəvi muzeyində Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya mədəniyyəti” mövzusunda Respublika konfransında (24 noyabr, Bakı - 2016) elmi məruzə. Konfransın materialları: “Nizami və dünya mədəniyyəti”, Bakı –“Elm və təhsil”, 2016, s. 143-145.
Hacıyeva Vəfa. Nizami Gəncəvinin «Sirlər xəzinəsi» məsnəvisində Qurandan iqtibaslar // İRAN İslam Respublikası, GILAN vilayəti, Rəşt şəhəri, Gilan Universitetinin təşkilatçılığı ilə keçirilən “Fars dili və ədəbiyyatının yayılma arealı” başlıqlı XI Beynəlxalq Konfransında (7-9 sentyabr 2016) elmi məruzə ilə çıxış. Konfransın materialları, 9-cu cild, 2016 (şəhrivər, 1395), PDF - s.10307-10329, 1 m.v.
Hacıyeva Vəfa. Коран и “Сокровищница тайн» Низами Гянджеви (“Quran və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması”) // AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Ədəbiyyat məcmuəsi”, Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, XXIX cild. Bakı; Elm və təhsil, 2017, s.71-80, (12 səh.).
Hacıyeva Vəfa. The comparative analysis of the "Me'raj-namah" of Nizami ganjavi with the "Me'raj-namah" of Ibn-Sina (The holy Qur'an and Nizami Ganjavi's poem «Treasury of mysteries») / İbn Sina “Merac-namə”si ilə Nizami “Merac-namə”sinin qarşiliqli təhlili. Iran Islam Respublikası. Şərqi Azərbaycan vilayəti. Təbriz şəhəri. Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş ( پند پیر گنجه (مجموعه مقالات کنگره بین المللی نظامی گنجه ای (“Qeramıdaşt-e Nezamı Gencevı”) "Pənd-E Pir-e Gənce" ("Gəncə Şeyxinin nəsihəti" Beynəlxalq konfran -sın materialları – Təbriz. İsfənd-mah, تبریز اسفند ماه, hicri -şəmsi 1396 (12 mart 2018), s. 563-595.
Hacıyeva Vəfa. Коран, Хадисы И Поэтический Сказ О «Мирадж»Е (Об идейных истоках «Мирадж-наме» в «Сокровищ - нице тайн» Низами Гянджеви) // Quran, Hədıslər Və Poetık Mətn “Merac” Haqqında // Rusiya Federativ Respublikası. Başqırdıstan. Ufa şəhəri. Rusiya Elmlər Akademiyası, Республика Башкортостан, Уфимский Федеральный исследовательский центр Российской Академии Наук, Международная научная конференция “Традиционный ислам в России и Зайнулла Расулев” (4–7 июля 2018 г. в г. Уфе на базе Ордена Знак Почета Института истории, языка и литературы УФИЦ РАН.
Гаджиева Вафа. Об идейных истоках «Мирадж-наме» в «Сокровищнице тайн» Низами Гянджеви (на основе Корана, хадисов, комментарий к Корану и философского толкования мираджа) // AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Nizami Gəncəvi Almanaxı – IV. Bakı; Elm və təhsil, 2023, s. 234-265.
Гaджиeвa Вaфa. Религиозно-мистический аспект мировоззрения Низами Гянджеви (на основе анализа ономастической лексики поэмы «Сокровищница тайн») // (“Nizami Gəncəvi dünyagörüşünün dini-mistik aspekti” (“Sirlər xəzinəsi” poemasının onomastik leksikasinin təhlili əsasinda)) // AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Institutu, Elmi əsərlər №1, Bakı, 2016, s.34-39.
Talatoff K. Clinton Jerome William. “The Poetry of Nizami Ganjavi: Knowledge, Love, and Rethrotics”. New-York, 2001.
Бертельс Е.Э. Великий поэт азербайджанского народа. – В: Низами. Пять поэм. – М.,1946.
Липскеров Л. и Шервинский С. Низами Гянджеви. “Сокровищница тайн”, перевод: Л.Липскеров и С.Шервинский, Москва, 1947.