Süleyman və qoca əkinçi

Süleyman və qoca Əkinçi — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının üçüncü hekayəsidir . Hekayənin poetik tərcüməsi böyük Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur.[1]

Süleyman və qoca əkinçi
Соломоне и поселянине
Müəllif Nizami Gəncəvi
Janr Hekayə
Mövzu Zəhmət və qənaət
Orijinalın dili fars
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 1174-1175
Tərcüməçi Süleyman Rüstəm

Haqqında[redaktə | mənbəni redaktə et]

Şair hekayədə maddiyyatın insan mənəviyyatından heç də yüksəkdə durmadığını bütün yaradıcılığı boyu qeyd etmiş və parlaq nümunələr əsasında bunları ümumiləşdirmişdir. Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində bu mövzuya toxunaraq bir-birindən maraqlı və ibrətamiz hekayələr əsasında bunların açıqlamasını vermişdir.[2]

Məzmunu[redaktə | mənbəni redaktə et]

Bir gün Süleyman şah səhraya gəzintiyə çıxır. Bir damcı suyun belə tapılmadığı isti və yanan səhrada əkinçiliklə məşğul olan zəif bir qoca gördü. Süleyman bu yanan və susuz səhrada necə işləyib əkinçiliklə məşğul ola biləcəyini düşünürdü. Qoca sahib olduğu kiçik tarlada buğda səpirdi ki, sonra bar verəndə onu biçsin. Süleyman bu böyük iztirabı görəndə ürəyi onun üçün yanaraq dedi: Ay qoca, bu səhrada buğdanı əkib məhv etməkdənsə, ondan bir az çörək hazırlayıb yeməliydin. Biz bol sulu əkinimizindən belə istədiyimiz məhsulu əldə etmirik. Həyatın çətinliyindən üzündə təbəssüm yaranmamış qoca gülümsəyərək Süleymana dedi: Mənə su və torpağı becərməyə ehtiyacım yoxdur. Kürəyimin təri tarlanın suyu, becərmək üçün dəmir dırnağımdır, xış is belimdir. Sadəcə öz işimi görürəm və bərəkət Allahdandır. Allaha təvəkkül edirəm, işimi tamamlayanda o, mənə hər toxum üçün yeddi yüz dən mükafat verir.[3]

Mövzu və ideyası[redaktə | mənbəni redaktə et]

"Süleyman və qoca əkinçi" hekayəsində mütərəqqi ideyaların tərənnümçüsü olan Nizami yaranmış problemi onun həlli yolu ilə birgə oxucuya təqdim edir[3]. Nizami Gəncəvinin bu hekayəsində iqtisadi motivlər digər bəşəri mövzular kimi daim diqqətdə olmuşdur. Hekayənin əsas ideyası dünyanın keşməkeşi və bəşərin iztirablarıdır. Zəhmətlə çəkilən əməyin qədri bilinər.[4]

Personajlar[redaktə | mənbəni redaktə et]

Hekayənin əsas personajları Süleyman və qoca əkinçi hesab olunur, lakin şahın köməkçiləri kimi köməkçi obrazlar da yer alır.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Allahverdiyeva, Zəhra. Məqalələr toplusu, I kitab (Azərbaycan). Bakı: Elm və təhsil. 2017. 392.
  2. Araslı, Həmid. Nizami əsərlərinin el variantlar (Azərbaycan). Bakı: Azərnəşr. 1941. 3–12.
  3. 1 2 Hüseynov, X. Nizaminin "Sirlər Xəzinəsi"nin öyrənilməsi tarixindən (Azərbaycan). Azərb.SSR EA-nın "Xəbərləri", Ədəbiyyat, dil, İncəsənət seriyası. 1967.
  4. Araslı, Nüşabə. Nizami sənətində mühit və təbiət (Azərbaycan). Bakı: "Sovet kəndi" jurnalı. 1991.
  5. Rüstəmova, Azadə. Nizami Gəncəvi almanaxı, I kitab (Azərbaycan). Bakı: Elm. 1984.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Araslı H. “Sirlər xəzinəsi” poemasına yazılmış  ön söz  - Nizami Gəncəvi. Sirlər xəzinəsi / filoloji tərcümə,  izahlar, şərhlər və lüğət professor R. Əliye - vindir/ Bakı, Qanun Nəşriyyatı, 2014 - 328 s.
  • Qasımzadə F. "Məxzən-ül-əsrar" əsəri haqqında. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”, Bakı; 1940, s.5-9
  • Hüseynov X. Nizaminin "Sirlər xəzinəsi", Bakı;1983,118 s.
  • Bədəlova T. Əbdi Bəy Şirazi Nizami Gəncəvi bədii sözünün qüdrəti barədə Məqalə AMEA Xəbərlər. Humanitar Elmlər. Bakı, “ELM”, 2017. № 1. s.60-65
  • Bədəlova T. Nizami Gəncəvinin “Məxzənül-əsrar” poemasında şair özü, müasirləri, sənəti və görüşləri haqqında  məruzə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” II Beynəlxalq elmi-nəzəri konfransın materialları. AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bakı, 29 noyabr, 2017-cı il. s.92-95
  • Bədəlova T. Nizami Gəncəvinin əsərlərində demokratik dövlət quruluşu prinsipləri Tezis “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası”. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi. Beynəlxalq konfransın materialları (14-15 Mart 2018-ci il). Bakı, “Elm və təhsil”, 2018. s.37-38
  • Bədəlova T. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında dövlət, hökmdar və xalq münasibətlərinin bədii həlli Məqalə AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu. Nizami Gəncəvi almanaxı. № 1. Bakı, “Zərdabi Nəşr”, 2019. s.230-239
  • Bədəlova T. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisində tarixi şəxsiyyətlər Məqalə AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu “Azərbaycan ədəbiyyatşünaslığı”. Bakı, “Elm”, 2019, № 2. s.22-30
  • Bədəlova T. Nizami xəzinəsi və Nəvai heyrəti Məqalə AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu. “Müqayisəli ədəbiyyatşünaslıq”. Beynəlxalq elmi jurnal. Azərbaycan-Özbəkistan ədəbi əlaqələri. Xüsusi buraxılış. Bakı, 2020, № 1 s. 99-109
  • Bədəlova T. Nizami Gəncəvi: “Heç bir hünər ədalətdən gözəl deyildir” Məqalə “Ədəbiyyat qəzeti”, Azərbaycan Yazıçılar Birliyi, 26 iyun 2021. https://edebiyyatqazeti.az/news/sience/7502-nizami-gencevi-hec-bir-huner-edaletden-gozel-deyildir s.24-25
  • Алиев Р. Пре­­диловие, комментарии, примечания и словарь к “Сокровищнице тайн” Низами Гянджеви, Б.: Язычы, 1981.
  • Касумзаде Ф. Произведение “Махзан ульасрар” (“Сок­­ро­­вищ­­ница тайн”) Низами Гянджеви, Б.: Азернешр, 1940, с.5-9

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]