Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar.
Ada | Kəşf olunduğu il | Qeydlər |
---|---|---|
Tule adası | E.ə. 325 | Qədim yunan səyyahı Pifey şimalda yerləşən Tule adası haqqında yazmışdır. Tulenin harada yerləşməsi barədə qəti fikir yoxdur. |
Aşağı Kaliforniya | XIX-XX əsrlər | Uzun müddət ada kimi qəbul olunurdu. |
Buss adası | 1578 | Martin Frobişer tərəfindən kəşf edilib. Hal-hazırda mövcud deyil. |
Qroklent adası | XVI əsrin sonu | Qrenlandiyanın ətrafında göstərilirdi. |
Frisland adası | XVII əsr | Farer adaları ilə birlikdə göstərilirdi. |
Pips adası | XVIII əsr | Folklend adaları ətrafında göstərilirdi. |
Kruzenştern rifi | 1805 | Rus səyyahları tərəfindən kəşf edilmişdir. Hal-hazırda mövcud deyil. |
Sannikov Torpağı | XX əsr | xəritələrdə Şimal Buzlu Okeanın ətrafında Sannikov torpağı adlı ada göstərlirdi. Bu ada hal-hazırda mövcud deyil. |