Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Şəcərəddürr, Şecer-üd-Dürr, Şeceret-üd-Dürr, Şacar al-Durr ya da Şacarat al-Durr (Ərəbcə: شجر الدر Shajar al-Durr: "dürr ağacı"; d. ? - ö. 1257) — Misir Məmlük dövlətinin ilk və tək qadın hökmdarı.
Şəcərəddürr | |
---|---|
ərəb. شجر الدر | |
| |
21 noyabr 1249 – 27 fevral 1250 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 1200 və ən geci 1228 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 aprel 1257 |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | bilinmir |
Anası | bilinmir |
Həyat yoldaşları | |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyətdə qadın. Orta əsrlərdə Şərqdə nadir hallarda rastlanacaq bir haldır. Qadın siyasi status qazanır və ölkənin idarəçiliyini öhdəsinə götürür.
Şərqin saraylarında qadınları kəniz, cariyə, hərəm qadınları, şah əhli-əyalı kimi görməyə alışmışıq. Gəlin şərq həyatının, müsəlman dünyasının unudulmuş tale səhifələrindən birini vərəqləyək. Müsəlmanların unutduğu qadın (شجر الدر) Şəcər əd-Dürri (Mirvari ağacı) adlı Sultan (1249-1250). Tam adı əl-Məlikə İsmət əd-Din Umm-Xəlil Şəcər əd-Dürrdür. Ləqəbi Umm Xəlildir (Xəlilin anası).
XIII əsr… Misirdə Sultan Şəcər hakimlik edirdi. Hərəmxananın hüdudlarından kənarda bütün ölkənin taleyi onun əlində idi.Sultanın milliyyəti haqqında dəqiq tədqiqatlar yoxdur. Əyyubilər sülaləsi sultanı əs-Saleh Əyyubinin vəfatından sonra (v.e. 1257, Misir) məmlüklər tərəfindən taxta çıxarılan Sultan Şəcər əd-Dürrün 7-ci Xaç yürüşləri vaxtı Misir üçün əhəmiyyətli hökmdarlıq dövrü başlayır. O dövrün tarixçi və etnoqrafları tərəfindən sultanın əslinin məmlük türklərindən gəldiyi bildirilirdi. Lakin bəzi mənbələr onun qıpçaq əsilli olduğunu vurğulayır.Şəcərin Əyyubi sultanının sarayına düşməsi haqqında da müxtəlif fikirlər var. Belə ki, ən doğru ehtimal olaraq 1230-cu ilə Sultan əs-Saleh Əyyubun onu Levant bazarından aldığı bildirilir. Bəzi ehtimallarda isə onun Bağdad xəlifəsi tərəfindən sultana bəxşiş-kəniz olaraq göndərilməsi vurğulanır. Həmin dövrlərdə saray hərəmxanasında qadınların sayı 300 nəfərdən çox idi. Və Şəcərin qarşısında seçim qalırdı: Ya əbədi cariyə qalacaq, ya da saray hərəmxanasının qanunlarına təsir edəcək gücə malik Xanım-Sultana çevriləcəkdi. Dəqiq tarixi məlumata istinadən, Kəniz Şəcər 1249-cu ildə artıq Sultan əs-Saleh Əyyubinin xanımı, şahzadə Xəlil əl-Malik əl-Mənsurun anası idi.
“Məmlüklər-inamın xilaskarı” adlı kitabında Qazaxıstan tarixçisi Kayrat Beqalin yazır: “Şəcər əd-Dürrün yüksəlişinin əsas səbəblərindən biri o idi ki, o əs-Salehin uşaqlarının, Misir şəhzadələrinin anası idi. Ancaq müsəlmanların ciddi qanunlarına əsasən, Şəcər sadəcə kəniz sayılırdı. Buna baxmayaraq, bütün rəsmi sənədlərdə o, “Xəlilin anası”, xütbədə isə “Sultan əs-Salehin xanımı” kimi qeyd olunurdu”.
1249-cu ildə Fransa kralı IX Lüdovikin başçılığı ilə Xaç yürüşünə çıxanlar Sultan Əyyubinin ölkədə olmamasından (O Dəməşqdə idi) istifadə edərək Nilin sahilindəki Dəmyət şəhərində köç salırlarVII Xaç yürüşü idi. Ərinin ölkədə olmaması səbəbindən Sultan Şəcər ordu komandanlığını üzərinə götürür və yüksək təşkilatçılıq ilə hücum planı hazırladır. Səfərdən qayıdan Sultan Əyyubi hansısa qərar qəbul etməyə macal tapmır. Bir neçə gün sonra vəfat edir. Şəcər bu faktı hər kəsdən gizlədərək Sultanın ağır yataq xəstəsi olduğunu elan edir. Yaxın əyanlarının və vəzir Fəxrəddinin köməkliyi ilə Sultanın cənazəsi Nilin ortasındakı adada dəfn olunur. Vəfatından əvvəl Sultan öz imzası ilə xeyli sayda Şəcər üçün möhürlü boş kağızlar qoyur və məhz, qərarvermədə və imzalamada b kağızlardan istifadə edən Şəcər bir müddət Sultanın ölümünü gizlədə bilir. Ölkə müharibə şəraitində olduğuna görə Sultan Şəcər Saleh Əyyubinin ölümünü ilk növbədə düşmənlərdən gizlətmək istəyirdi. Sultanın Şəcərdən olan oğlunun vəfatından sonra yeganə mirasçı kimi Salehin I həyat yoldaşından olan oğlu Turanşaha Şəcər taxtı təhvil verir və Sultanın vəfat etdiyini bildirir.
Ancaq Sultan Şəcər sakitçilik axtaran qadınlardan deyildi. O məmlüklər üzərində öz gücünü saxlamışdı. Məhz Turan şah və məmlüklərin gücü ilə düşmən məhv edilir IX Lüdovik əsir düşür, ölkə isə “ədalətsizlər”dən xilas olur.
Bağdad mədrəsəsində təhsil alan Turanşah “vəhşi” məmlükləri qiymətləndirmirdi. Xaçlılar üzərində qələbə çaldıqdan sonra sadəcə öz pərəstişkarlarını mükafatlandıran Turanşahın bu hərəkəti sarsıdıcı səhv olur və məmlüklərin etiraz edir və Turanşaha qarşı sui-qəsd hazırlayaraq onu qətlə yetirirlər.
2 may 1250-ci ildə ordu Şəcər əd-Dürrü taxta çıxarır. Məmlüklər Şəcərin naminə təkcə sultan kimi yox, “müsəlmanların şəhzadəsi” kimi səs vermişdilər. Hakimiyyəti bütünlüklə əlinə alan sultan Şəcər bəxşişlər verir, məmlüklərin şərəfinə üzərində öz təsviri olan gümüş pullar basdırır, franklarla sülh sazişi bağlayır və IX Lüdovikin müəyyən məbləğ qarşısında azad olunaraq vətəninə qayıtmasını təmin edir. Bütün Sultan kişilərdə olduğu kimi, Sultan Şəcərin qadın olmasına baxmayaraq məscidlərdə də onun şərəfinə dualar edilməyə başlanılır. Sadəcə Misir sultanlığı Bağdad xəlifəliyinə tabe edildiyi vaxt Sultan Şəcərin xaçlılara qarşı apardığı mübbarizəni təqdir etməsinə baxmayaraq, xəlifə bir qadının ölkədə hökmranlıq etməsinə hec cür razı ola bilmir. Və Şəcərin hakimiyyətinin 80 günlüyündə Bağdad xəlifəsindən belə bir məktub gəlir: “Bir qadının taxtda olması absurddur. Əgər alternativ yoxdursa, öz adamımızı göndərək”. Əgər Şəcər əd – Dürr taxta bir az gec çıxsaydı, idarəetməni hansısa bir kişi ilə paylaşmaq ehtiyacı da olmayacaqdı. Ancaq 1250-ci ildə Bağdad xəlifəsinin səsi əsas qanunverici qüvvələrdən idi.
Mövcud vəziyyəti analiz edən sultan ağıllı qərar verir- məmlük əmiri, türkmən əsilli Aybəklə ailə həyatı qurur. Orduda yüksək etimad və hörmət sahibi olan Aybək bu zaman ailəli idi və iki övladı var idi. Ancaq bu Sultan Şəcəri dayandırmır. Aybəki ailəsindən boşadaraq onu taxta çıxaran Sultan Şəcər əslində hakimiyyəti əlində saxlayır və Bağdadı razı salır. Və 7 il ölkəni demək olar ki, Şəcər özü idarə edir. O yenə də qərarları imzalamağa davam edirdi və bu zaman kəsilən pulların üzərində Sultan Aybəklə Şəcərin şəkilləri basılırdı. Ancaq bütün bunlara baxmayaraq, Şəcər əd-Dürrün Divanda iştirak etmə hüququ yox idi.
Aybəki sırf siyasi motivlə həyat yoldaşı seçən Şəcər sonradan onu sevir və hakim cütlük 7 il bu sevgi ilə yaşayır. Lakin 1257-ci ildə Sultan Aybəkin ikinci dəfə evlənməsi vəziyyəti dəyişir. Belə ki, Əmir Bədir əd-Dinin gənc qızı ilə evlənməklə siyasi əlaqələri möhkəmlədəcəyini iddia edən Sultan Aybək əslində yatmış ilanı oyadır və qısqanclıq üzündən Şəcərin vasitəsilə göndəriləndər tərəfindən Sultan Aybək qətlə yetirilir. Cinayəti gizlətməyə çalışan Sultan Şəcərin cəhdlərinə baxmayaraq hadisəni törədənlərin vasitəsilə hadisə yayılır və bu ordunun iki hissəyə bölünməsinə, qarşıdurmalara, mübahisələrin yaranmasına gətirib çıxarır. Vəziyyətdən istifadə edən Sultan Aybəkin birinci həyat yoldaşı Şəcəri intiqam almaq məqsədilə hamama dəvət edir və xanımın kənizləri Kəb-kəb adlanan taxta başmaqlarla Şəcəri ölənə qədər döyməyə başlayırlar. Sultanın cəsədini yalnız bir neçə gündən sonra hələ sağlığında tikdirdiyi məqbərədə dəfn etmək mümkün olur.
Qahirədə əl-Əşrəf küçəsinin sağ istiqamətində mozaikalarla bəzədilmiş məqbərə görə bilərsiniz. Bura turistlərlə dolu olur. Ekskursovantlar böyük həvəslə Şəcər əd-dürrü dramatik həyat hekayəsini turistlərə danışırlar. Ancaq çox az ada xatırlayır ki, qısqanclıq üzündən ərini öldürtdürən sultan-qadın əslində böyük dövlət rəsmisi idi. O VII xaç yürüşünün qarşısını almış, fransalı kralı əsir götürmüş, yeni əsrin başlanğıcını qoymuşdur- Məmlüklər adı ilə tarixə düşmüş türk imperiyasının ilk idarəedici qadın hökmdarı olmuşdur.