Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kalium bromid – kimyəvi formulu KBr olan qeyri-üzvi birləşmə,bromid turşusunun kalium duzu.
Kalium bromid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | KBr[1] |
Molyar kütlə | 119,01 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 2,75 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 730 °C[2], 734 °C[3] |
Qaynama nöqtəsi | 1.435 °C[4] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7758-02-3 |
PubChem | 253877 |
RTECS | TS7650000 |
ChEBI | 32030 |
ChemSpider | 22854 |
Kalium bromid – natrium xlorida bənzər kub tipli kristalik qəfəsi olan rəngsiz kristallardı. 298 °C -ə qədər qızdırıldıqda və 1.7 GPa təzyiqi altında, kristal qəfəs sezium xlorid kimi başqa bir kub modifikasiyasına çevrilir.
1. Sənaye ehtiyacları üçün kalium bromidi, kalium karbonatın qarışıq dəmir bromidi (II, III) Fe3Br8 ilə reaksiyası zamanı almaq olar:
2. Laboratoriya şəraitində kalium bromidi kalium hidroksid, brom və ammonyakın qarşılıqlı təsirindən almaq olar:
3. Otaq temperaturunda birbaşa sintez nəticəsində:
4. Bromla daha az aktiv halogenin (yod) əvəz edilməsi nəticəsində:
5. Kalium bromatın 434 °C temperaturdan yuxarı termiki parçalanma nəticəsində:
Xassəsi | Mənası |
---|---|
Standart əmələ gəlmə entalpiyası (298 К) | -392,5 kC/mol |
Entropiyası (298 К) | 95,85 C/(мол·К) |
İstilik tutumu (298 К) | 52,07 C/(мол·К) |
Ərimə entalpiyası | 29 кC/мол[5] |
Həlledici | Temperatur, °C | Həllolması, г/100 q həlledicidə |
---|---|---|
Aseton | 20 | 0,03 |
Su | 0 | 53,5 |
Su | 10 | 59,5 |
Su | 20 | 65,2 |
Su | 25 | 68,1 |
Su | 30 | 70,9 |
Su | 40 | 75,8 |
Su | 60 | 85,5 |
Su | 80 | 94,6 |
Su | 100 | 103,3[6] |
Su | 150 | 127,3[6] |
Su | 200 | 153,2[6] |
Qliserin | 25 | 17,8 |
Metanol | 20 | 2,1 |
Etanol | 20 | 0,46 |
Etanol | 55 | 0,54 |
Kalium bromid tipik ion duzudur. Suda həll edildikdə, dissosiyasiyaya uğrayır amma hidroliz olunmur, çünki güclü bir qələvidən (kalium hidroksid) və güclü bir turşudan (hidrobrom turşusu) alınıb. Kristalhidratlar əmələ gətirmir. Qatı bromid turşusunda həll olunmur.
1. Daha aktiv halogenlərlə reaksiya nəticəsində brom çıxarılır:
2. Məhlularda adi mübadilə reaksiyaları baş verə bilər:
3. Reduksiyaedici xassələr göstərir:
4. Qatı məhlullarda bəzi bromidlərlə kompleks birləşmələr əmələ gələ bilir:
Kalium bromid tibbdə sakitləşdirici (sedativ) olaraq istifadə olunur. Maye şəklində olan maddələrin İQ spektrini təyin etmək üçün istifadə olunur.
Kalium bromid yüksək konsentrasiyalarda mədənin selikli qişasını qıcıqlandırır, ürəkbulanma və qusmaya səbəb olur. LD 50 - nin ölümcül dozası 3070 mq / kq -dır.