Kalpi sultanlığı — 1400–1443-ci illərdə Hindistanda hökm sürən səltənət.
Tarixi dövlət | |
Kalpi sultanlığı | |
---|---|
|
Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436–1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı. Onun dönəmində də alimlər və sənətkarlar himayə edildi. Bir çox mədrəsə açıldı və Şarki tərzi deyilən yeni bir memarlıq üslub əmələ gəldi.
İbrahim Şahın 844-cü (1440-cı) ildə vəfatı üzərinə yerinə böyük oğlu Mahmud şah keçdi. Mahmud şah 1443-cü ildə Kalpi hakimi Nasır xana karşı yürüdü. Nasır xan, Mahmudabadı tərk edərək Çandəriyə getdi və Malva Xalaci hökmdarı I Mahmuddan yardım istədi. Ertəsi il aparılan savaşdan da bir nəticə əldə edilə bilmədi.