Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti.
Tarixi dövlət | |
Bəhməni sultanlığı | |
---|---|
|
|
Dilləri | fars dili, Urdu dili, Teluqu dili, Marathi dili, Kannada dili |
Rəsmi dilləri | |
Dövlət dini | İslam (şiə) |
İdarəetmə forması | Mütləq monarxiya |
Sultanlar | |
• 1347–1358 | Əlaəddini Həsən Bəhmən Şah |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi.
Bəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu.
1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.