Maduray sultanlığı — 1334–1378-ci illərdə Hindistanda hökm sürən səltənət.
Tarixi dövlət | |
Maduray sultanlığı | |
---|---|
|
|
Paytaxt | Maduray[d] |
Vikianbarda əlaqəli mediafayllar |
1334-cü ildə Dehli sultanlığının tərkibindən çıxan Maduray öz sultanlığını elan etdi.
Tuğlaqilərin görkəmli nümayəndəsi Qiyasəddin Tuğlaqi (1325–1351) əlindən çıxan torpaqları sultanlığa qaytardı. 1326-cı ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli feodalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi. Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu.
Qiyasəddin Tuğlaqi 1329-cu ildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi. Lakin bu tədbirlər də boşalmış xəzinəni, ümumilikdə tənəzzülə uğramış təsərrüfatları xilas edə bilmədi. Ölkədaxili qiyamlar yenidən qızışdı. Qucaratdakı qiyamı yatırmağa gedən Qiyasəddin Tuğlaqi üsyançılar tərəfindən öldürüldü. Sultanın əmisi oğlu Firuz iri feodallarla mübarizədən əl çəkdi. Benqaliya və Dekanın ölkədən ayrılması ilə barışmalı oldu. Lakin sultan var qüvvəsi ilə Qucaratı əlində saxlamağa çalışırdı. Çünki bu liman şəhəri vasitəsilə ilə Ön Asiya ölkələri ilə iqtisadi əlaqələr saxlanılırdı.
Sultan Firuz bütün iqtanın feodallara nəsildən-nəslə miras kimi keçməsi barədə fərman verdi. Qoşuna çəkilən xərcləri azaltmaqla maliyyə böhraına son qoyuldu. Camna və Sətləc çayları arasında böyük suvarma kanalının çəkilməsi Dehli ətafında təsərrüfatın dirçəlişinə səbəb oldu. Sultan Firuz vəfat etdikdən sonra Tuğlaqilər arasında hakmiyyət uğrunda mübarizə başlandı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Malva, Qucarat və Xandəş vilayətləri sultanlıqdan ayrıldı.