Kamilə Nəbiyeva (25 noyabr 1991, Xanagah, İsmayıllı rayonu) — müğənni, xanəndə.
Kamilə Nəbiyeva | |
---|---|
Kamilə Tahir qızı Nəbiyeva | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Tahir Nəbiyev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Janr | Muğam |
Təhsili |
Bakı Humanitar Kolleci ADMİU |
Mükafatları | Muğam Televiziya Müsabiqəsi |
kamilenebiyeva.az |
Kamilə Nəbiyeva 25 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində musiqiçi ailəsində doğulub. Atası Tahir Nəbiyev xanəndə olub. İlk dəfə 6 yaşından oxumağa başlayıb. İlk musiqi təhsilini atasından alıb. 1998-2007-cu illərdə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbdə, 2009-2012-ci illərdə Bakı Humanitar Kollecin (köhnə adı Mədəni-Maarif Texnikomu) xanəndəlik fakültəsində, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb.
Təhsil illərində xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovadan dərs alıb.
2011-ci ildən Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət göstərir. Beynəlxalq Muğam Mərkəzinin solistidir.
ABŞ, Fransa, Almaniya, Avstraliya, İsveç, İtaliya, Mərakeş və digər ölkələrdə keçrilən konsert və festivallarda Azərbaycanı təmsil edib.