Xanagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Xanagah kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Xanagah | |
---|---|
40°51′15″ şm. e. 48°09′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kənd rayon mərkəzinə 5 km məsafədə, Böyük Qafqaz dağlarının qoynunda, İsmayıllı və Qəbələ rayonları arasında yerləşir. Kənd 3 tərəfdən dağlar olmaqla tamamən meşə örtüyü ilə əhatə olunub. Qəbələ, Şəki, Qazax istiqamətinə uzanan magistral yol bu kəndin içindən keçir. Ax-Ox çay öz mənbəyini bu kəndin dağlarından alaraq kəndin kənarından axır. İsmayıllı Dövlət Qoruğunun ərazisi bu kəndin dağlarından başlayır. Kənddən yuxarda (şimalda) yaşayış yoxdur. Şərqdən Culyan, qərbdən Qurbanəfəndi, cənubdan isə Qalıncaq kəndləri ilə qonşudur.
Kəndin meşələrində çox sayda qaban, çöl donuzu, ayı, canavar, cüyür, maral, tülkü, çaqqal, dovşan, yenot, çöl pişiyi və s. yaşayır.
Ən çox rastlanan ağac növləri isə vələs, fıstıq, palıd, cökə, ağcaqayın və lapan ağaclarıdır. Çox sayda soyuq bulaqların movcudluğu içməli su baxımından kəndi əvəzsiz edir.
Kənddə İsmayıllı Dövlət Meşə İdarəsi və Dövlət Qoruq İdarəsi yerləşir.
Xanagah kəndində təxmini 200 ailədə 559 nəfər yaşayır ki, onun da 278 nəfəri kişi, 281 nəfəri qadındır.
Əhalinin əsas məşğuliyyətini həyətyanı təsərrüfat, heyvandarlıq və meşəçilik təskil edir.
Kənddə Sovet dönəmindən qalma bir ədəd asfalt, bir ədəd beton zavod mövcuddur və qismən fəaliyyət göstərir. Sovet dönəmində insanların əsas məşğuliyyəti üzümçülük idi. Bu kənddə üzüm sahələri yerləşmir, işləmək ucun sovxoza daxil digər kəndlərin ərazisinə gedilirdi.
Kənddə bir natamam orta məktəb fəaliyyət göstərir.
2018-ci ildə kənd sakini Mirəstə Nəbiyeva Ginnesin Rekordlar Kitabına düşmək üçün uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun bişirib[2].
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |