İsay Abramaşvili (rus. Исай Александрович Абрамашвили ; 13 sentyabr 1920, Bakı, Azərbaycan SSR, SSRİ — 1964) — sovet futbolçusu, yarımmüdafiəçi. Azərbaycan SSR əməkdar məşqçisi.
İsay Abramaşvili | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | İsay Aleksandroviç Abramaşvili | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | SSRİ | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
İsay Abramaşvili 13 sentyabr 1920-ci ildə Bakı şəhərində anadan olub. 20 avqust 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb.
1941-ci ilin noyabr ayından, 1942-ci ilin iyul ayına kimi 8-ci dəniz piyada briqadasının tərkibində Sevastopolun müdafiəsində iştirak edib. 1942-ci il iyulun 4-dən 1945-ci il avqustun 9-dək əsirlikdə olub. "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilib.
1949-cu ildən 1951-ci ilədək və 1954-cü ildən 1955-ci ilədək Bakının "Neftyanik", 1952-ci ildə Moskvanın "VVS", 1953-cü ildə isə Leninqradın "Dinamo" komandasında çıxış edib.
Oyunçu karyerasını bitirdikdən sonra Sumqayıtın "Metallurq" və Kirovabadın "Dinamo" klublarında məşqçi kimi çalışıb.[1]