Kamiya barı

Barın gecə görünüşü.

Kamiya barı (神谷バー, Kamiya baa?)Yaponiyada açılmış ilk bar.[1] 1880-ci ildən fəaliyyət göstərir.

Kamiya barı 1880-ci ildə Kamiya Denbey adlı pivəçi tərəfindən Tokionun Asakusa rayonunun Kaminari darvazası yaxınlığında qurulmuşdur.[1] İlk adı Mikahaya sake dükkanı olsa da, 1912-ci ildə adı Kamiya barı olmuşdur.[2] Bar şəhərin məşğul küçələrinin birində yerləşdiyi üçün populyar içki yerlərindən birinə çevrilmişdir.[1]

Tayzo Fucimoto 1914-cü ildə yazdığı "Yaponiyanın gecə həyatı" əsərində qeyd etmişdir ki, "Kamiya barı öz zavodlarında hazırladıqları çox ucuz likör təklif edirək müştərilərini məmnun edirdi".[1] Kamiya barının müştəriləri ancaq pivəviski deyil, barın denki bran (電気ブラン, denki buran?, azərb. elektrik brendi‎) adlı xüsusi kokteylinin dadına baxırdılar.[1] İlk dəfə 1882-ci ildə[2] istehsal olunan kokteyl brendi, cin, şərab, kürasao, vermut və otlardan ibarədir.[1]

1921-ci ildə barın yeni binası istifadəyə verilmişdir.[2] 1970-ci ildə üçüncü mərtəbədə kappo restoranı açılmışdır.[2] 2011-ci ildə Kamiya barının əsas binası Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkü elan edilmişdir.[2]

  1. 1 2 3 4 5 6 Alexander
  2. 1 2 3 4 5 "神谷バーの歴史". Rəsmi saytı (yaponca). 22 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]