Kamran Əziz

Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d]7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi.

Kamran Əziz
Kamran Mehmet qızı Əziz
Doğum tarixi
Doğum yeri Nikosiya
Vəfat tarixi
Vəfat yeri Nikosiya
Vəfat səbəbi Ağciyər narahatlığı
Atası Mehmet Əziz
Anası Hifsiyə Əziz
Milliyyəti Kipr türkü
Fəaliyyəti bəstəkar, təbib
Mükafatları BRT 2009-ci ilin Top 10 Şimali Kipr xüsusi ödülü, Atatürkün 100-ci Doğum İli Marş Müsabiqəsi, birincilik mükafatı və s.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı.

1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi. Türkiyədə analoji işlərin reallaşmasından təxminən on il əvvəl qərb hissələrinə türkcə sözlər yazdı. Özünəməxsus folklor xarakter daşıyan musiqiləri Kipr türk xalq musiqisində yeni bir dövr başlatdı; Yeni inkişaf edən pop folklor musiqisinə mənbə olan bu bəstələr günümüzdə xalq musiqisi külliyyatında əsas hissələr arasında göstərilir.

Türkan Əziz və Kamran Əzizin Nikosiyanın Köşklüçiftlik səmtində, Dereboyu Lefkoşadakı evləri[1]

Kipr türkü olan Kamran Əziz 1922-ci ildə[2] Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərində Turunclu məscidi yaxınlığında (1825-ci il tarixli məscid) anadan olub. Səkkiz yaşında piano çalmağı öyrənərək musiqiyə başladı. Britaniya Kral Musiqi Məktəbinin keçirdiyi imtahanlardan keçdi. Sonralar musiqi karyerası boyu çaldığı akkordeona başladı,[3] armonika və şan dərsləri aldı. Ayasofiya məbədi yaxınlığındakı məscidin ibtidai məktəbini bitirib. Orta və lisey təhsilini American Academy Nicosiada (özəl məktəb) aldı.[4] Kamran Əzizin dediyinə görə, Kipr Türk cəmiyyətində qızların hokkey oynamasına xoş qarşılanmamasına baxmayaraq, məktəbin hokkey komandasında yer aldı. Məktəbdəki idman tədbirləri, pianonu və akkordeonu eyni anda davam etdirə bilmədiyi səbəbindən pianonu buraxdı. Londonda təhsil görmək istəsə də, o dövrdə davam edən II Dünya Müharibəsi buna mane oldu. Bir müddət ətraf mühit sağlamlığı ilə bağlı bir kursa qatıldı. Peşə seçimi prosesində atasının biznesindən bəhrələnərək bakterioloji və bacısının peşə istiqamətində tibb bacısı peşəsini qiymətləndirdi, lakin Kipr türkləri arasında əczaçı azlığı səbəbindən əczaçılıq oxumağa qərar verdi.

Həyatının axırlarında

[redaktə | mənbəni redaktə et]

4 iyul 1958-ci il tarixindən 31 dekabr 1959-cu il tarixinə qədər vəzifə aparmaq üçün Kipr hökumətinin sosial sığortalar məsləhətləşmə kabinetinə təyin edilmişdir.[5] Bacısının qurucuları arasında olduğu Kipr türk uşaq əsirgəmə təşkilatında fəal rol aldı,[6] 1974-cü ildə qurumun Nikosiya şöbəsinin idarə edim kabinetinə seçildi.[7] Sonra qurumun idarə edim heyətinin üzvü oldu. Təsisçi üzvlərdən biri olaraq Şimali Kipr türk qızıl ayparanın işlərində də çalışmışdır.[6]

2017-ci ildə ağciyər narahatlığı səbəbiylə xəstəxanaya qaldırıldı. Bir ay xəstəxanada qaldıqdan sonra evə buraxıldı. Bir gün sonra, yəni 7 mart 2017-ci il tarixində 95 yaşında vəfat etdi.[4] Ölümü ilə əlaqədar Şimali Kipr prezidenti Mustafa Akıncı və Baş Nazir Hüseyn Özgürgün başsağlığı mesajı yayımladı.[8][9] Cənazəsi Nikosiyada dəfn edildi.[6]

Kamran Əzizin Atası malyariyanın adada aradan qaldırılmasını təmin edən Dizdarköylü (Nikosiya qəzasında kənd) həkim Mehmet Əzizdi,[10] Anası Hifsiyə Əziz isə Vudalı idi (Larnaka şəhərinin 10 km qərbində yerləşən kənd) və Kamran Əzizin dediyinə görə, adanın ilk diplomlu qadın dərzisi idi. Cütlük evlənəndən sonra Nikosiyaya köçmüşdür. Kamran Əzizin bir bacı, bir qardaşı vardı; bacısı Türkan Əziz sonralar adanın ilk tibb bacısı olmuşdur,[10] qardaşının adı isə Babür idi. (lakin "Baber" olaraq tanınırdı). Anası ud çalırdı.

Əczaçılıq kariyerası

[redaktə | mənbəni redaktə et]
Əziz aptekdən əşyaların toplandığı əczaçılıq muzeyinin girişi. "Əziz apteki" lövhəsi muzeyə girişdə görünür.

Kiprdəki Britaniya hökumətinin əczaçılıq proqramında təhsil aldı. Bir illik nəzəri və praktiki təhsilin ardından təcrübə topladı. 1944-cü ildə Ayşə Dana ilə bərabər Kipr Türk cəmiyyətinin ilk qadın əczaçısı olaraq məzun oldu.[11][12] 1944-cü il 9 iyun tarixində rəsmən əczaçı olaraq qeydə alındı. Məzun olduqdan sonra bir il dövlət laboratoriyasında və dövlət aptekində çalışdı.[3] Bundan sonra özəl apteklərdə təcrübə keçib 1945-ci ildə "Arabahmet" bölgəsindəki Viktoriya küçəsində öz aptekini açdı. Bu apteki açan zaman Kipr türkü əczaçılara aid üç aptek var idi.[3] 1947-ci ildə Sarayönündə yerləşən[13] aptekə köçdü.[14] 1950-ci ildə bu aptekin adını "Əziz Apteki" olaraq adlandırdı. Birləşmiş Krallıqda ayaq baxımı qurumu "SMAE Institute" ilə əlaqəli bir məktəb olan "School of Surgical Chiropodyde" ("Cərrahiyyə ayaq baxımı məktəbi") ayaq baxımı təhsili aldı. Burdakı kursunu 1953-cü ilin iyun ayında tamamlayıb "M.S.S.CH" adını istifadə etməyə başladı.

Peşə həyatı boyunca əczaçılıqla birlikdə musiqi ilə də məşğul oldu.[15] 1959-ci ildə Kipr türk "Əczaçılar Birliyi"nin on iki qurucusundan biri oldu.[14] Sonrakı illərdə bu birliyi təmsil edən akademik iclaslara qatıldı, birliyin jurnalında məqalələr yayımladı.[16][17] 1970-ci ildə birliyin idarə heyətində mühasibat işi vəzifəsini yerinə yetirirdi. 1983-cü ildə də bu vəzifəni icra edirdi.

1974-cü ildə Kipr Hərəkatının ardından Şimali Kiprdə bütün əczaçıların birgə olduğu bir əczaçılıq anbarı yaratmaq təşəbbüsündə iyirmi tərəfdaşdan biri kimi yer aldı və qurulacaq əczaçılıq anbarının adını "Yetiş əczaçılıq anbarı" olaraq adlandırdı, lakin bu təşəbbüs tərəfdaşların bir qisminin başqa bir əczaçılıq anbarı qurması nəticəsində uğursuz oldu.[15] 1988-ci ildə o dövrdə Şimali Kiprin ən böyüyü olan "Güc dərmanlar anbarı"nın yaradılması təşəbbüsü irəli sürüldü. Bu dərmanlar anbarı dövlət və Əzizin də aralarında olduğu əczaçıların tərəfdaşlığı ilə yaradıldı. Əziz 1997-ci ilə qədər bu dərmanlar anbarının və Kipr Türk Əczaçılar Birliyinin idarə heyətində işlədi. 1997-ci ildə Əziz aptekini bağladı.[14]

Əziz aptekini bağlama qərarı alanda "Kipr Türk Əczaçılar Birliyi" bu aptekin "Əczaçılıq Muzeyi" kimi dəyişdirilməsini qərarlaşdırdı. Aptekdən əşyaların daşındığı bu muzey ilk olaraq 1997-ci ildə "Güc Dərmanlar Anbarı"nın yeni binasında açıldı. 2001-ci ildə Kipr Türk Əczaçılar Birliyi lokal olaraq bina icarəyə götürəndə muzey buraya köçdü. Muzey indiki mövqeyinə 2008-ci ildə birliyin yeni aldığı binaya köçərək keçdi. 2011-ci ildə muzey təmir edildi, xalqa açıldı.[14]

1993-cü ildə bu muzey əczaçılar birliyi 25-ci xidmət ili mükafatına, 2005-ci ildə isə əczaçılar birliyi 61-ci il şərəf mükafatına layiq görüldü.

Musiqi həyatı

[redaktə | mənbəni redaktə et]
Kamran Əzizin sertifikatları: Üstdəki sertifikat School of Surgical Chiropodyden ayaq baxımı sertifikatı (İyun 1953), aşağıda solda Britaniya koloniya rəhbərliyindən alınan əczaçılıq magistri (İyun 1944), aşağıda sağda aptekinin qeydiyyat sənədi (fevral 1950)

Əziz kipr türk xalqının ilk qadın bəstəkarıdır.[18] 1983-cü ildə verdiyi müsahibəsində "əlliyə qədər müğənnilər tərəfindən ifa olunan, bir o qədər də hazır" əsəri olduğunu demişdir. 2000-ci illərdə tamamladığı bəstə sayı yetmişdən artıq olaraq verilir.[3] Əkrəm Yeşilada Əzizin yetmişdən artıq musiqisinin arasında beş türkü, iki zeybek (Türkiyənin Mərmərə, Egey dənizi və qərb Aralıq dənizi regionlarına xas bir xalq rəqsi), iki ağı, dörd türkcə tanqo, on himn olduğunu bildirir və qalan əsərlərini "xəfif qərb musiqisi" olaraq deyir. Bunlara əlavə olaraq bütövlükdə on beş sözləri başqa musiqiçilər tərəfindən bəstələndi.

39 bəstənin toplandığı ilk kitabı 1994-ci ildə, əvvəlcədən çap olunmamış bəstələrinin də yer aldığı ikinci musiqi kitabı 2011-ci ildə yayımlandı.[19] 1984-cü ildə Şimali Kipr Türk Respublikasının Mədəniyyət İdarəsinin TRT-yə (Türkiyə Radio Televiziyası) göndərdiyi Kipr əsərləri arasında Əzizin 22 əsəri ilə yanaşı sözlərini Əzizin yazdığı, bəstələrini isə Jalə Dərvişin etdiyi 11 parça da yer aldı.[20]

Lisey sonrası musiqi çıxışlarına 1947-48-ci illərdə American Akademiyası Alumni Associationun ("American Akademiyası Məzunları Dərnəyi") dörd səsli qrupunun qurucuları arasında yer almaqla başladı. Bu qrupun parçası olaraq Kipr Filarmoniya qurumunun təşkil etdiyi bir konsertdə iştirak etdi. Bundan sonra Nikosiya ingilis məktəbində keçirilən dörd gülməli operaya qatıldı, burada xorlarda və kiçik soloda yer aldı. Bu işlər musiqiyə olan həvəsini möhkəmləndirdi və gələcək fəaliyyətinə zəmin yaratdı. Kipr Türk cəmiyyəti içərisində dərnəklərin təşkil etdiyi yardım konsertlərində də səhnəyə çıxan Əziz, bu konsertlərdə Jalə Dərviş, Fikrət Özgün və Zeki Taner ilə tanış oldu.

Kamran Əziz və dostları

[redaktə | mənbəni redaktə et]

1948-ci ildə British Forces Broadcasting Service ( "İngilis Hərbi Radiosu"; BFBS) Lakadamiyadan yayım etməyə başladı.[21] Bundan sonra radio rəsmiləri adadakı hər cəmiyyətdən bir qrupun canlı musiqi proqramı etməsini istədi; Bu baxımdan musiqiylə bağlı türklərə təklif irəli sürdü. Əziz ilə yoldaşları bu təklifi qəbul etdilər. Beləcə, 1950-ci illərdə radioda yayım edə bilmək üçün bir musiqi qrupu yaratdılar və bu qrupa ortaq qərarla "Kamran Əziz və dostları" adını verdilər. Həvəskar olaraq fəaliyyət göstərən qrupda Əziz qarmon çaldı, zaman zaman solist olaraq da yer aldı.[22] Bu qrupun digər üzvləri Əzizin daha əvvəllər konsertlərdə birlikdə işlədiyi yoldaşları: Pianoda Jalə Dərviş, saksofonklarnetdə Zeki Taner, Fikrət Özgün, skripkada Vəcihi Turqay və zərb qurğusunda Əhməd Anlar idi. Zaman zaman qrupa qatılıb ayrılan başqa musiqiçilər, xüsusilə, solistlər də oldu. Bu qrup Kipr türk cəmiyyətinin ilk Qərb musiqi qrupu olmaqla bərabər, musiqiçi Erdinç Gündüzə görə bütün adada radiodan canlı musiqi ifa edən ilk grup idi.[23]

Radioda on beş gündən bir keçirilən proqramların başlıca məzmunu vals, tanqo və populyar qərb hissələrinin tərcümələri idi.[24] Əzizin etdiyi bu tərcümələr, oxşar tərcümələrin Türkiyədə edilməsindən təxminən on il əvvəl baş vermişdi. "Ağ göyərçinim" adı ilə tərcümə etdiyi "La Paloma" bu işlərinin ilki idi.[25] Tərcümə etdiyi digər mahnılar arasında "O Sole Mio" və "Lav in Portofino" vardı. "Hər yerdə qar var" adı ilə daha sonra Fecri Ebcioğlu tərəfindən türkçələşdiriləcək "Tombe la neige" mahnısına Əziz tərəfindən ilk türkcə sözlər yazıldı. Etdiyi bu tərcümələr və yazdığı sözlər qəzetlərdə də yayımlandı. Qrup populyar mahnılarla yanaşı, ara-sıra opera ariyalarını və Franz Skubertın liedlerinin (Almanca mahnı anlamına gələn, insan səsi üçün bəstələnmiş bir mahnı növüdür) türkcə tərcümələrini etdi. Tərcümələrin bir hissəsini Jalə Dərviş etdi, eyni zamanda Dərvişin bəstələdiyi bəzi parçalara Əziz söz yazdı.[26] Bunlara əlavə olaraq, Əziz və Dərviş tanqolar, valslar, marşlar bəstələdi. Qrup zamanla populyarlıq qazandı və Kipr türk cəmiyyətinin musiqi zövqünü dəyişdirdi, bu tarixə qədər ənənəvi türk musiqisinin mənimsəndiyi cəmiyyətdə çox səsli qərb musiqisinin tanınmasına nail oldu.[27] Xüsusilə, Əziz və Dərviş Kipr türk cəmiyyətində qərb musiqisinin icrası və təhsilinin yayılmasında aparıcı rol oynadı.

"Kamran Əziz və dostları" qrupu 1953-cü ildə quruluşundan sonra Kipr yayım qurumu radiosuna keçdi. Sonralar qrup 1963-cü il dekabr ayında qanlı Milad hadisələri baş verənə qədər həmin qurumun televiziya kanalının proqramlarında davam etdi. 1950-ci illərin ortalarından etibarən artan toplumlararası münaqişələrdə Nikosiyada qurulan barrikadalar, xüsusilə radiodan gecə dönüşlərdə çətinliklərə yol açırdı. 21 dekabr 1963-cü ildə qanlı Milad hadisələrinin başlanması səbəbindən qeyd edilən son proqram dərc olunmadan qrupun proqramı başa çatdırıldı və qrup dağıldı. Bununla bərabər, Əziz ilə Dərvişin bir araya gətirdiyi fərqli kadrlar 1966-ci ilə qədər "Kamran Əziz və dostları" adı ilə konsertlərə çıxmağa davam etdi. Əziz hadisələr səbəbindən Nikosiyanın Rum hissəsində aldığı gitara dərslərini də buraxmaq məcburiyyətində qaldı.

Folklor kompozisiyaları

[redaktə | mənbəni redaktə et]

Qurucusu olduğu qrupun icra etdiyi parçaların çoxu xalq musiqisi janrında olmasa da, Əzizin musiqisinin çoxu Kipr xalq musiqisi janrındadır və özünəməxsus folklor xarakter daşıyır.[27] "Al Yəməni bənövşəyi Yəməni", "Kiprim", "Səni oraqda gördüm", "Kipr zeybeyi", "Gəlin gəlir gəlin" kimi bəstələri populyar oldu və Kipr türk xalq musiqisinin əsas hissələri arasına girdi.[27][28] Bu mahnılarla Kipr türk xalq musiqisinin müasir mənada başlanğıcını təmsil edir.[28]

"Kiprim" mahnısını 1958-ci ildə yazdı və bəstələdi, mahnının radiodan ilk yayımı da həmin il gerçəkləşdi.[29] İlk olaraq Kipr yayım təşkilatında qrupun proqramı zamanı Əziz və Fikrət Özgün tərəfindən səsləndirildi. "Kipr bir ada mi, cənnətdən parça mi" kimi Kipri tərifləyən sözlərə malik olan mahnını Əziz EOKA (Kiprlilərin millî mücadilə təşkilatı) ilə Türk mücadilə təşkilatı arasında qarşıdurmaların artdığı, adanın gələcəyinin qeyri-müəyyən olduğu bir ictimai böhran şəraitində yazdı.[29] Bu mahnı Əzizin bəstələri arasında ən tanınanıdır və "Kipr zeybeyi" ilə birlikdə ilk vala salınan əsəridir. Mahnının sevilməsində Kipr türklərinin ictimai təzyiq şəraitində adadan çıxdığı bir dövrdə, Kiprin hər bir qəzasını ayrı-ayrı tərifləyib, adaya bağlılıq hissini bütün Kipr türk xalqının onunla eyniləşdirə biləcəyi bir şəkildə ifadə etməsi rol oynadı. Əzizin mahnıya dair verdiyi şərhi belə idi:[29]

" "Kipr ilk öncə mənim vətənim. Burada ən gözəl insanlar yaşayır. Onları qoyub hara gedəcəkdim ki? O dövrdə xalqımın ruha ehtiyacı vardı. Kipr türkü də türkə sahib çıxdı və onu bağrına basdı".
Kamran Əziz
"

"Al Yəməni bənövşəyi Yəməni" mahnısını isə 1960-cı ildə bəstələdi. Mahnı ilk olaraq Limasoldakı bir folklor bayramında çalındı. "Səni oraqda gördüm" musiqisini 1960-cı ildə, "Gəlin gəlir gəlin" musiqisini isə 1962-ci ildə bəstələdi.

Kipr türklərinin ictimai həyatında yer tutan insan və peşə qrupları musiqilərdə görülən mövzular arasındadır. Nikosiyada səbət içində şəkər, ləbləbi satan, qədim zamanlardan hekayələr danışanlar "güzgülü" adlı şəxsi bir musiqisində yer aldı. Digər bir musiqisində nazlı böyüdülən adamlar yer aldı. Bu cür musiqiləri daha çox məktəblərin folklor qruplarının çıxışları zamanı icra edilirdi.

Həmçinin Əziz Kipr türkü şairlərin şeirlərini də bəstələyib. "Çəhrayı Mərmərə" şeirlərinin oxunduğu bir poeziya gecəsi üçün Mərmərənin "Skripka" adlı şeirinə musiqi yazdı. Fikrət Demirağın "Sevda İlim", Əmin Çizenelin "Gecə", Hüseyn Irkadın "Mehmedimi görə bilsəm", Yalçın Qayanın "Ülvi gözəlliyə qarşılama" şeirləri, bəstələdiyi digər şeirlər arasındadır.

Haqqında aparılan sənədli filmdə Əziz "folklor musiqisində bir məhək daşı" olaraq təqdim edilir. Bəstələri pop folklor sahəsində fəaliyyət göstərən musiqiçilərə mənbə oldu; Kipr türk pop folklor musiqisinin başlanğıc nöqtələrindən qəbul edilən "Sıla 4" qrupuna ilham verdi. Əzizin özünəməxsus yaradıcılığından təsirlənən qrup, Kiprin özünəməxsus musiqilərini toplayıb yenidən şərh etmə işinə girişdi. Bu baxımdan ilk üzərində çalışdıqları "Kiprim" oldu. "Sila 4"-ün "Kipr" şərhi həftələrlə Bayraq radiosunun Val müsabiqə proqramında birinci yerdə olaraq qaldı. Pianoçu Arman Ratip də Kamran Əzizin ən təqdir etdiyi yerli musiqiçilər arasında olduğunu demişdir.[30]

Digər musiqi işləri

[redaktə | mənbəni redaktə et]

Folklor xarakterdən daha çox qərb musiqi xüsusiyyətləri daşıyan bəstələri də vardır. "Gizli sevdim səni" adlı bir tanqo, "Gəl gəl" adlı bir vals bəstələdi.

Radiodakı proqramlarına son verildikdən sonra bir "tərəddüd dövrü" yaşadığını ifadə edir. Bunun ardından içində olduğu müharibə şəraitinin təsiri ilə milli mübarizə himnləri bəstələməyə üstünlük verdi. İlk başlarda radiodan yayım imkanı olmadığından bunları evdə icra etdi, sonralar bunlar lentdən Bayraq radiosunda yayımlandı. Himnləri arasında ən əhəmiyyətliləri 1963-68-ci illər arasında Türk Mukavement Təşkilatı (mücadidə etmək üçün qurulan silahlı təşkilat.) üzvlərinin ("mücahid") olduğu münaqişələr üzərində yazdıqlarıdır. Bunların arasında "Mücahidin səsi", "Bayraq", 1967-ci ildə Köfünyədəki (Kipr Cümhuriyətinin Larnaka qəzasında yer alan bir kənd) müqavimətə həsr olunmuş "Qəhrəman mücahidlər", Erenköy müqavimətinə həsr olunmuş "Erenköy, Yeşilırmak, Boğaziçi" və "Bozdağ" vardır. Digər bəstələdiyi marşlar arasında "Kipr türk qadını marşı",[31] 1973-cü ildə Türkiyə Cümhuriyyətinin elanının əllinci ilini təbrik etmək üçün sözlərini Çatsın Taşerin yazdığı "50-ci İl Marşı" və son bəstələri arasında yer alan "Girne Anafartalar Liseyi Marşı" vardır.[32] Yazdığı ağılardan biri Kipr hərəkatında həyatını itirən bir türk zabitinədir. Bir digəri İsmət İnönünün ölümü, "Köçmüş deyirlər İsmət Paşa" adlı bu ağı Mevhibe İnönüyə göndərilmişdir.

1985-ci ildə Nikosiya bələdiyyə teatrı tərəfindən səhnələşdirilən, 1986-cı ildə İstanbulda da səhnəyə qoyulan Ümid İnsanda tamaşasına məxsus musiqini bəstələdi.[33] Əhməd Anın qiymətləndirməsinə görə, bu parçaların yalnız ilki şən olub, digərləri "oyunun bədbin havasına özünü qurban vermiş və himn tempini anan melodiyalar" idi.[34] 1995-ci ildə baş verən, Şimali Kipr türk Cümhuriyyəti tarixinin ən böyük ekoloji fəlakəti kimi qəbul edilən[35] Beşbarmaq dağlarındakı meşə yanğınına görə "Girne dağlarını yaşıllaşdıracağıq" adlı bir mahnı bəstələdi.[36]

Əziz qərb musiqisi ilə yanaşı, ənənəvi türk musiqisinə maraq göstərərdi. Bununla bərabər, bu zəhmətini "çox kiçik bir təcrübə" olaraq dəyərləndirmişdir.

Kamran Əzizin yetmişi aşmış bəstələri arasında nə zaman bəstələndiyi bilinən musiqi işləri aşağıda yer almışdır:

  • "Kiprim" (1958)[29]
  • "Al Yəməni, bənövşəyi Yəməni" (1960)
  • "Səni oraqda gördüm" (1960)
  • "Gəlin gəlir gəlin" (1962)
  • "Haydi de bəzəyin gəlini" (1962)
  • "Köçmüş deyirlər İsmet Paşa" (1973)
  • "50 il marşı" (1973)
  • "Nə gözəl bir dünya olurdu" (1985)

Kamran Əziz musiqi sahəsində aşağıdakı mükafatları almışdır:

  • 1973 - Türkiyə Cümhuriyyətinin 50-ci Quruluş İli Folklor Musiqi Müsabiqəsi, birincilik və ikinci yer mükafatları - müvafiq "Kırnıya getdim bulaq başında" və "Boğaz zeybeyin" bəstələri ilə
  • 1981 - Atatürkün 100-ci Doğum İli Marş Müsabiqəsi, birincilik mükafatı - "Ən Uca Türk Atatürk" bəstəsi ilə
  • 1984 - Kipr hərəkatının 10-ci ili münasibətilə təşkil olunan bəstə müsabiqəsi, birincilik mükafatı - "20 iyul" bəstəsi ilə
  • 1985 - Nikosiya türk bələdiyyəsi 6-cı mədəniyyət və İncəsənət şənliyi uşaq mahnıları musiqi və söz yarışması, birincilik mükafatı - "Nə gözəl bir dünya olardı" bəstəsi ilə
  • 1986 - Nikosiya türk bələdiyyəsi 7-ci mədəniyyət və İncəsənət şənliyi uşaq mahnıları musiqi və söz yarışması, ikincilik mükafatı - "Uşaqlar həmişə gülməli" bəstəsi ilə
  • 1997 - Xalq sənətləri dərnəyi folklor xidmət ödülü[37]
  • 2002 - Şərqi Aralıq Dənizi universiteti qadın tədqiqatları və təhsil mərkəzi, 2001-ci ildə uğurlu KKTCLİ qadın ödülü
  • 2008 - Cümhuriyyət məclisinin mədəniyyət komitəsi, Məclis Komitəsinin xüsusi mükafatı - Kipr Türk musiqi ənənəsində yeri səbəbi ilə[28]
  • 2009 - BRT 2009-ci ilin Top 10 Şimali Kipr xüsusi ödülü

2006-ci ildə Əzizin adı Turgay Hilminin rəhbərlik etdiyi Girne musiqi təhsil mərkəzinin bir hissəsinə verildi.[38]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Vefa örneği". Diyalog. 12 Ekim 2017. 2017-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 Aralık 2017.
  2. "Kamran Aziz Hastaneye Kaldırıldı!". Haber Kıbrıs. 17 Şubat 2013. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aralık 2016.
  3. 1 2 3 4 An, Ahmet. Tıp Alanındaki İlk Kıbrıslı Türkler. Lefkoşa: Kıbrıs Türk Tabipler Birliği. 2006. səh. 39.
  4. 1 2 "Kamran Aziz hayatını kaybetti!". Kıbrıs Postası. 7 Mart 2017. 2017-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 Mart 2017.
  5. "APPOINTMENT OF MEMBERS OF THE SOCIAL INSURANCE ADVISORY BOARD PURSUANT TO SECTION 43" (PDF) (İngiliscə). cylaw.org. 2017-11-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 Kasım 2017.
  6. 1 2 3 "Kamran Aziz'e şarkılı veda". Havadis. 9 Mart 2017. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Kasım 2017.
  7. "K.T.Ç.E.K. Lefkoşa şubesi olağan genel kongresi yapıldı". Bozkurt. 10 Ocak 1974. səh. 1. (#accessdate_missing_url)
  8. "Özgürgün, Besteci Kamran Aziz'in vefatı nedeniyle mesaj yayımladı". Kıbrıs Postası. 2017-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mart 2017.
  9. "Cumhurbaşkanı Akıncı, Kamran Aziz için başsağlığı mesajı yayımladı". Kıbrıs Postası. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mart 2017.
  10. 1 2 "Türkan Aziz Evi / Lefkoşa" (PDF). Doğu Akdeniz Üniversitesi Mekanperest Dergisi. 2016-12-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 Aralık 2016.
  11. "Eczacılığın dünü, bugünü ve yarını irdelendi". 15 Mayıs 2009. 2017-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 Aralık 2016.
  12. "Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde Eczacılık ve Eczacı Profili". Yakın Doğu Üniversitesi. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aralık 2016.
  13. "Eczanede Müzik Reçetesi". Star Kıbrıs. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Ağustos 2017.
  14. 1 2 3 4 "KIBRIS TÜRK ECZACILAR BİRLİĞİ TARİHİ". 2016-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 Aralık 2016.
  15. 1 2 Azgın, Fatma. Kıbrıslıtürklerin Eczacılık Mevzuatı ve Kısa Tarihi. Lefkoşa: Kıbrıs Türk Eczacılar Birliği. 2012.
  16. Aziz, Kamran. "Gelişmekte olan ülkelerin ilaç yasaları yeterli midir?". Kıbrıs Türk Eczacılar Birliği: 15.
  17. Aziz, Kamran. "Uluslararası IV. Farmasötik Teknoloji Simpozyum'undan izlenimler". Kıbrıs Türk Eczacılar Birliği: 14. (#accessdate_missing_url)
  18. ""Nesilden Nesile Kamran Aziz"". Gündem Kıbrıs. 21 Aralık 2012. 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 Aralık 2016.
  19. "Kamran Aziz'in ikinci beste kitabı tanıtıldı". Kıbrıs Postası. 14 Temmuz 2011. 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Kasım 2017.
  20. "Derlenen müzik yapıtlarımız TRT'ye gönderiliyor". Bozkurt. 14 Ocak 1984. səh. 1. (#accessdate_missing_url)
  21. Keshishian, Kevork E. Romantic Cyprus. Printco Ltd. 1993. səh. 331. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  22. Taşer, Ersin. "Kamran Aziz topluluğu". Halkın Sesi. 22 Şubat 1963. səh. 4. (#accessdate_missing_url)
  23. "Kamran Aziz'i kaybettik". BRT. 2017-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 Ağustos 2017.
  24. Vangöl, Ender. "Radyonun Kıbrıs Türk müzik guruplarına etkisi" (PDF). Yakın Doğu Üniversitesi. 7 Mart 2017. 2017-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 Ağustos 2017.
  25. Adanır, Eralp. 1. Kıbrıs Havaları Sempozyum Bildirileri. Lefkoşa: Kıbrıs Havaları Derneği. 2011. 48–9.
  26. Çakmak, Hasan. Kıbrıs Türk Müzik Tarihinden Kesitler. Gazimağusa: SAMTAY Vakfı Yayınları. 2007. səh. 108.
  27. 1 2 3 Tekin, Havva; Fevzioğlu, Bülent. . Lefkoşa: Kıbrıs Havaları Derneği. 2013. səh. 49.
  28. 1 2 3 "Kamran Aziz'e Meclis Kültür Komitesi'nden özel ödül". Kıbrıs. 12 Şubat 2008. 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 Aralık 2016.
  29. 1 2 3 4 Mengüç, Arslan. Kıbrıs'ın Kadınları: "Tarihe Tanıklık" - Cilt 1. Lefkoşa: Türk Kültür Kıbrıs Yayınları. 2015. 236–7.
  30. "Genç piyanistimiz: Arman Ratip". Devrim. 15 Ağustos 1963. səh. 4. (#accessdate_missing_url)
  31. "Kâmran Aziz 50. Yıl Marşı Besteledi". Bozkurt. 18 Ekim 1973. səh. 5. (#accessdate_missing_url)
  32. "Kamran Aziz hayatını kaybetti!". Kıbrıs. 7 Mart 2017. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Ağustos 2017.
  33. "Lefkoşa Belediye Tiyatrosu, İstanbul'da". Milliyet. 13 Eylül 1986. səh. 10. (#accessdate_missing_url)
  34. "Umut hangi insanda?". Söz. 15. 24 Ocak 1986. 2017-12-14 tarixində arxivləşdirilib.
  35. Özejder, İbrahim. "Kıbrıs'ın en büyük çevre felaketini hatırlamak ve medya". Yenidüzen. 22 Haziran 2015. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Aralık 2017.
  36. "Al Yemeni Mor Yemeni Uluslararası alanda". Kıbrıs Postası. 9 Kasım 2008. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Aralık 2017.
  37. Kültürümüzde Sanatçılar ve Yazarlar İsimler Sözlüğü. Lefkoşa: Hakeri Yayınları. 2006. səh. 14. (#first_missing_last)
  38. "GİRNE MÜZİK EĞİTİM MERKEZİ'NİN BİR BÖLÜMÜNE KAMRAN AZİZ'İN ADI VERİLİYOR". 2 Mart 2006. 2017-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 Aralık 2017.