Kamran Məmmədov (12 mart 1990) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Kamran Məmmədov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Kamran Məmmədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 12 mart 1990 (34 yaş) |
Boyu | 172 sm. (5 ft 6 in) |
Çəkisi | 65 kq |
İdman növü | Güləş |
Karyera illəri | 1997—2019 |
Məşqçisi | Radik Hüseynov |
Kamran Məmmədov 2008-ci ildə Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu.[1] 2010-cu ildə isə Kamran Məmmədov Bolqarıstanda gənclər arasında Avropa Çempionatının və Macarıstanda gənclər arasında Dünya Çempionatının qalibi oldu.[1]
2011-ci ilin iyulunda Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vuran Kamran Məmmədov 2012-ci ildə Serbiyada Avropa Çempionatında mübarizə apardı və debüt turnirini beşinci pillədə başa vurdu.[1] Həmin ilin aprelində Kamran Məmmədov Bolqarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub olimpiya lisenziyası sahib olsa da, yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri olimpiadaya daha təcrübəli hesab olunan Dünya və Avropa çempionu Həsən Əliyevi apardı.[1] Həmin ilin sentyabrında Kamran Məmmədov Qızıl Qran-Pri beynəlxalq turnirin qalibi oldu.[1]
Kamran Məmmədov 2013-cü ilin martında Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.[1] İyulda Rusiyanın Kazan şəhərində Universiada Oyunlarının gümüş medalına sahib olan Kamran Məmmədov noyabrda növbəti dəfə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[1] 2014-cü ilin aprelində Kamran Məmmədov Finlandiyanın Vantaa şəhərində növbəti dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu.[1] Həmin ilin noyabrında Kamran Məmmədov həm də Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.[1]
2015-ci ildə Dünya Çempionatı və Avropa Oyunlarında mübarizə aparmayan Kamran Məmmədov mövsüm ərzində Fransada Paris Qran-Prisi və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu.[1] 2016-cı ilin martında Latviyanın Riqa şəhərində üçün dəfə Avropa Çempionatının bürünc medalına sahib olan Kamran Məmmədov iyulda hərbçilər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.[1]
Kamran Məmmədov 2017-ci ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turniri və Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[1] 2018-2019-cu illərdə mübarizə apardığı yeddi beynəlxalq turnirdə cəmi bir bürünc medala sahib olan Kamran Məmmədov 2019-cu ildə 28 yaşında idmanla vidalaşdı.[1]
|
|