Kanadanın əyalət və əraziləri

Kanadanın əyalət və əraziləri

Kanadanın əyalət və əraziləriKanada inzibati ərazi bölgüsünə görə əyalət və ərazilərdən ibarətdir. Ölkə 10 əyalət və 3 əraziyə bölünür.

Kanadada Kanada Konstitusiyasının yurisdiksiyası altında sub-milli inzibati ərazi vahidləri olan 10 əyalət və 3 ərazi var. 1867-ci ildə Kanada Konfederasiyasında Britaniya Şimali Amerikasının üç əyaləti - Nyu-Bransuik (New Brunswick), Yeni Şotlandiya (Nova Scotia) və Kanada əyaləti (Konfederasiyadan sonra OntarioKvebekə bölündü) federasiya yaratmaq üçün birləşərək növbəti, yəni XX əsrdə tam müstəqil ölkəyə çevrildi. Tarix ərzində ərazilər və əyalətlər əlavə edildiyi üçün Kanadanın beynəlxalq sərhədləri bir neçə dəfə dəyişdi və onu ərazisinə görə dünyanın (Rusiyadan sonra) ikinci ən böyük ölkəsinə çevirdi.

Kanada əyaləti ilə ərazi arasındakı əsas fərq odur ki, əyalətlər öz güc və səlahiyyətlərini 1867 Konstitusiya Aktından (əvvəllər[1] 1867 Britaniya Şimali Amerikası Aktı adlanırdı) götürürlər. Halbuki ərazilər isə hökumətləri Kanada Parlamenti tərəfindən onlara verilən səlahiyyətlərlə qanunvericiliyə uyğun yaradılan federal ərazilərdir. Konstitusiya Aktından irəli gələn səlahiyyətlər, yalnız, həyata keçirmək üçün Kanada Hökuməti (federal hökumət) və əyalət hökumətləri arasında bölünür. Federal hökumət və əyalətlər arasında səlahiyyət bölgüsündə dəyişiklik konstitusiya dəyişikliyi tələb edir. Halbuki ərazilərə təsir edən oxşar dəyişiklik Kanada Parlamenti və ya hökumət tərəfindən birtərəfli qaydada həyata keçirilə bilər.

Müasir Kanada konstitusiya nəzəriyyəsində əyalətlər 1867-ci il Konstitusiya Aktı çərçivəsində əyalət və federal hökumət arasında məsuliyyət bölgüsü əsasında müəyyən ərazilər daxilində birgə suveren (həmsuveren) sayılır. Və beləliklə, hər bir əyalətdə Kanada Monarxının nümayəndəsi olan leytenant-qubernator var. Ərazilər suveren deyil, əksinə onların səlahiyyətləri və vəzifələri birbaşa federal səviyyədə devolusiya (devolution) verilir. Həmçinin ərazilərin federal hökuməti təmsil edən komissarı var.

Kanadanın əyalət və əraziləri aşağıdakılardır:

Əyalətlər
Ərazilər
  1. Ad 1982 Kanada Aktı ilə yalnız Kanadada dəyişdirildi (BK), s. 1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]