Kanay Noburu (金井 延, Noburu Kanay?, 26 fevral 1865, Şizuoka prefekturası – 13 avqust 1933) – Yaponiya sosial iqtisadçısı.
Kanay Noburu | |
---|---|
Doğum tarixi | 26 fevral 1865 |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1933 (68 yaşında) |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kanay Noburu 1865-ci ildə indiki Şizuoka prefekturasında doğulmuşdur. 1885-ci ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur.[1] Almaniyada sosial iqtisadiyyat və İngiltərədə sosial problemlər üzrə təhsil almışdır. 1890-cı ildə Yaponiyaya qayıtmışdır.[2]
1890–1925-ci illərdə Tokio Universitetinin hüquq fakültəsinin professoru olmuşdur.[2] O, sosial siyasət üzrə hökumət qanunvericiliyində alman modelini dəstəkləmişdir.[1] 1897-ci ildə Yaponiya Sosial Siyasət Tədqiqatları Assosiasiyasını qurmuş, işçilərin hüquqlarının qorunmasını müdafiə etmişdir. 1908-ci ildə İmperator Akademiyasına qəbul edilmişdir.[2] 1919-cu ildə Tokio Universitetinin iqtisadiyyat məktəbinin ilk dekanı olmuşdur.[1]
Kanay Rus-yapon müharibəsini dəstəkləmiş,[2] 1903-cü ildə baş vermiş Yeddi professor insidentinin iştirakçılarından biri olmuşdur.[1]
"Sosial problemlər" (Şakay monday, 1892) və "Sosial iqtisadiyyat" (Şakay keyzayqaku, 1902) kitablarının müəllifi olmuşdur.[1]