Ye (ing. Kanye Omari West; 8 iyun 1977[1][2], Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri.[6][7][8]
Kanye Vest | |
---|---|
ing. Kanye West | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Kanye Omari West[3] |
Ləqəbi |
|
Doğum tarixi | 8 iyun 1977[1][2] (46 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları | 4 |
Anası | Donda Vest[d] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, kinorejissor, bloger[d], repçi, iş adamı, qastronomçu, mahnı müəllifi[d], musiqi prodüseri, aktyor, dəb dizayneri, incəsənət xadimi, memar, siyasətçi |
Fəaliyyət illəri | 1996-cı ildən |
Janrlar | hip-hop, art pop[4], eksperimental musiqi[d], alternativ hip-hop, proqressiv rep[d], pop musiqisi, qospel |
Musiqi alətləri | sempler[d], klavişli alət[d], zərb aləti maşını[d] |
Albom şirkətləri | GOOD Music[d], Roc-A-Fella Records[d], Def Jam Recordings[d] |
Təhsili | |
Elmi dərəcəsi | |
kanyewest.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində etdiyi prodüserlik işləri ilə tanınmağa başladı,[9][10] müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etdi, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirdi. Repçi kimi karyerasına 2004-cü ildə "The College Dropout" albomunu buraxaraq başladı, bunun ardınca GOOD Music səsyazma şirkətini təsis etdi. Vest növbəti albomlarında: "Late Registration" (2005), "Graduation" (2007), və "808s & Heartbreak" (2008) orkestra, sintezator, autotune elementlərindən istifadə etdi. Beşinci və altıncı albomları: "My Beautiful Dark Twisted Fantasy" (2008) və "Yeezus" (2013) ilə onun şöhrəti daha da artdı. Vest fərqli üslublar sınamağa davam etdi, "The Life of Pablo" (2016) və "Ye" (2018) albomlarında xristian, "Jesus Is King" (2019) albomunda isə gospel tərzindən istifadə etdi. Onuncu albomu "Donda" 2021-ci ildə işıq üzü gördü, tənqidçilər və pərəstişkarlar tərəfindən həm mənfi həm də müsbət rəylər topladı. Vest Jay-Z ilə əməkdaşlıq etdi və Watch the Throne (2011) albomu yayımladı, ardınca Kid Cudi ilə Kids See Ghosts (2018) albomunu buraxdı.
Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Vest, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Vest 24 "Qremmi" mükafatı qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həmçinin Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.[11] Vestin altı albomu Roling Stone jurnalının "Bütün zamanların ən yaxşı 500 albomu" siyahısında yer alıb, jurnalda onun adı "Bütün zamanların ən yaxşı mahnı yazarları" kimi keçmişdir.[12] Time jurnalı onu 2005 və 2015-ci ildə "100 ən nüfuzlu" insanlardan biri hesab edib. Dəb dizayneri kimi Vest, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə əməkdalıq etmiş, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını istehsal etmişdir. O, həmçinin Donda məzmun şirkətinin əsasını qoyub.
Kanye Vestin açıq sözlü fikirləri medianın böyük marağına səbəb olub. O, sosial mediada, mükafat verilişlərində və ictimai yerlərdə davranışından irəli gələn çoxsaylı mübahisələrə qarışıb.[13] O, həmçinin musiqi və moda sənayesi, ABŞ siyasəti, irq və köləlik haqqında mübahisəli şərhlər bildirib. Onun xristian inancı, Kim Kardaşyanla evliliyi və psixi sağlamlığı medianın diqqət mərkəzində olub.[14][15] 2020-ci ildə Vest prezidentliyə namizəd oldu. Bununla belə, 2022-ci ildə o, geniş qınaqla üzləşdi və antisemitist bəyanatlar verdikdən sonra Adidas, Gap və Balenciaga kimi böyük markalarla tərəfdaşlığını itirdi.[16][17] 2022-ci ilin noyabrında o, 2024-cü il prezident seçkilərində namizəd olacağını elan etdi və Nik Fuentes adlı ağ irqçi ilə ictimaiyyətə göründü. Vest daha sonra Adolf Hitleri təriflədi, Holokostu inkar etdi[18][19] və özünü nasist kimi tanıtdı, bu da mübahisələri daha da artırdı.
Kanye Vest 8 iyun 1977-ci ildə Corciya ştatının Atlanta şəhərində dünyaya göz açıb.[20][21]Üç yaşında olanda valideynləri boşandı və o, anası ilə birlikdə İllinoys ştatının Çikaqo şəhərinə köçdü.[22][23] Atası Rey Vest Qara Pantera partiyasının üzvü idi, həmçinin "The Atlanta Journal-Constitution" qəzetində çalışan ilk qaradərili fotojuranlistlərindən biri olmuşdu.[23] Anası Donda Vest, Klark Atlanta Universitetində ingilis dili professoru idi və Çikaqo Dövlət Universitetində İngilis dili kafedrasının sədri vəzisində çalışırdı.[24]
Vest orta səviyyəli bir mühitdə böyüdü və İllinoys ştatının Ouk-Lon şəhərindəki Polaris Fərdi Təhsil Məktəbində oxudu.[9] 10 yaşında anasının işi ilə bağlı olaraq Çinin Nankin şəhərinə köçdü.[25] Burada sinfin yeganə əcnəbi şagird idi, buna baxmayaraq mədəniyyətə və dilə tez uyğunlaşdı.[26] Vestin sözlərinə görə o, dərslərindən əla qiymətlər "A və B" alırdı.[27]
Vest erkən yaşlarında sənətə maraq göstərdi. O, beş yaşında şeir yazmağa, üçüncü sinifdə isə rep oxumağa başlayıb.[28] Yeddinci sinifdə o, musiqi bəstələyir və başqa sənətçilərə satırdı.[29] Onun prodüser No I.D. ilə yolları kəsişdi, o sonradan Vestin dostu və mentoru oldu.[30] Məktəbi bitirdikdən sonra Vest 1997-ci ildə Çikaqodakı Amerika Rəssamlıq Akademiyasında təhsil almaq üçün təqaüd aldı. Lakin o, daha sonra rəsm dərslərini yarımçıq qoydu və ingilis dili təhsili almaq üçün Çikaqo Dövlət Universitetinə yollandı. 20 yaşında universiteti buraxdı və musiqi karyerasına başladı. Bu qərar onun anasını məyus etdi, amma anası sonra bunu qəbul etdi.
Studiya albomları
Birgə hazırladığı albomlar
Kompilasiya albomları
Demo albomları