Kapreze salatı

Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze)[1] — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duzzeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı.

Kapreze salatı
Aid olduğu milli mətbəxlər
İtaliya İtaliya
Kapri (ada)
Mənşəyi
Adlandırılıb Kapri
Tərkibi
Əsas
Təfərrüatları
Tipi salat

Restoranlarda adətən boşqaba düzülür.[2][3] Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər.

Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub.[4] Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir.[5]

Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir. Zeytun, reyhandan əlavə roka və ya kahı ilə dadlandırıb, bəzədilən növləri də vardır. Bəzən qara yarpız və ya qara istiot da əlavə edilir. Daha da dadlandırmaq üçün mozzarellanı camış südündən alınmış mozzarella ilə də əvəz etmək olur. Makaron və ya düyü əlavə etməklə o, taxıl salatına çevrilmiş olur.

  1. Edward Antrobus. Recipes of If You Can Read, You Can Cook: Year 1. SEAM Publishing. 31 October 2010. 32. ISBN 978-1-301-75286-7.
  2. The Joy of Cooking (75th Anniversary Edition) p. 169
  3. "Nigel Slater's classic insalata caprese recipe" Arxivləşdirilib 2019-06-03 at the Wayback Machine, The Observer, Sunday 18 July 2010.
  4. "Insalata Caprese". ITALY Magazine (ingilis). 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
  5. "Caprese Salad captures Italy's rich history". The Lowell Sun. August 26, 2015. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2020.