Kapri (ada)

Kapri (it. Capri) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Roma Respublikası dövründən tanınan dəniz kurortu. Kaprinin gözəl mənzərəsi haqqında hədsiz mübaliğələr mövcuddur.

Kapri adası
it. Capri
Kapri limanı
Kapri limanı
Ümumi məlumatlar
Sahəsi 10.4 km²
Uzunluğu
  • 6,3 km
Eni 2,7 km
Hündür nöqtəsi 589 m
Əhalisi 12.200 nəfər
Yerləşməsi
40°33′00″ şm. e. 14°14′00″ ş. u.HGYO
Ölkə  İtaliya
Vilayət
Əyalət
Akvatoriya
Kapri adası xəritədə
Kapri adası
Kapri adası
Kapri (Kampaniya (İtaliya))
Kapri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Neapol körfəzi

"Şairlər Kaprini yatmış sfinks və ya antiq sarkofaqla müqayisə edirlər".[1]

1868, "Wanderjahre in Italien", Ferdinand Qreqorovius

"Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış olduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?"[2]

San-Mikele əfsanəsi Aksel Munte

Məşhur sakinləri

[redaktə | mənbəni redaktə et]

Adada müxtəlif dövrlərdə bir çox tanınmış şəxsiyyətlər yaşamışlar.

  1. Tiberi
  2. Aksel Munte

Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş. Qəsr heç bir memar layihəsi ilə deyil, Akselin öz təxayülünə əsasən işıqlı və açıq, geniş eyvan və terasslı görkəmdə, qədim bir kilsə kapellasının bünövrəsi üzərində inşa edilmişdir.

  1. Emil fon Berinq
  2. İvan Bunin
  3. Maksim Qorki

Vərəm xəstəliyi ilə əlaqədar Maksim Qorki Kapri adasına müalicə üçün gələrək 7 il (1906–19013) orada, "Quisisana" mehmanxanasında yaşamşdır. 1908 ci ildə o, məhz Kapridə özünün "Etiraf" əsərini yazmışdır.

  1. Qrem Qrin
  2. Andre Jid
  3. Jan Kokto
  4. Le Korbuzye
  5. Tomas Mann
  6. Alberto Moravia
  7. İvan Turgenyev
  8. Oskar Vayld
  9. Pyotr Çaykovski
  10. Vinston Çörçill
  11. Dvayt Eyzenhaver