Alberto Moravia (it. Alberto Moravia; 28 noyabr 1907[1][2][…], Roma[5][6] – 26 sentyabr 1990[1][2][…], Roma[6]) — italyan yazıçı, novella ustası, jurnalist.
Alberto Moravia | |
---|---|
it. Alberto Moravia | |
Doğum adı | Alberto Moravia |
Təxəllüsü | Alberto Moravia[3][4], Pseudo[4] |
Doğum tarixi | 28 noyabr 1907[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 sentyabr 1990[1][2][…] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1929-cu ildən |
Əsərlərinin dili | italyan dili, fransız dili |
Janrlar | roman, ssenari, esse |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan “Biveclər” romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: “Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm”. Gah Yunanıstanda, gah Çində, gah ABŞ-də, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini və məruz qaldığı ağır həyatı eyniadlı “Çoçara” romanında yüksək bədii çalarlarla təsvir edib.
Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən “Həyat oyundur”, “İntervü”, “Diqqət”, “Roma hekayələri”, “Özgə həyat” əsərlərinin müəllifi kimi məşhurdur.
Yazıçı ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |